İndoneziya hərbi əməkdaşlığını şaxələndirib

“Badr” Anlaşma Memorandumu diqqət mərkəzində olsa da, Hindistan və İndoneziya arasında dərinləşən müdafiə tərəfdaşlığı – xüsusilə 630 milyon dollarlıq “BrahMos” raket sazişi və genişlənən dəniz təhlükəsizliyi sahəsindəki əməkdaşlıq – Cakartanın çəkindirmə qabiliyyətini gücləndirmək və Hind-Sakit okean regionunda sabitliyi təmin etmək baxımından ciddi strateji əhəmiyyət daşıyır.

Hindistanın Baş naziri Narendra Modinin bu ilin 6-8 iyul tarixlərində Cakartaya səfəri zamanı İndoneziya Prezidenti Prabovo Subianto bir sıra strateji müqavilələr imzaladılar. Əsas müqavilələr müdafiə sahəsində əməkdaşlığı və vacib xammalın tədarükünü əhatə edir və Asiyanın iki ən böyük demokratiyası arasında münasibətləri yeni səviyyəyə qaldırır.

Təxminən 630 milyon dollar dəyərində müdafiə müqaviləsinə əsasən, Hindistan İndoneziyaya BrahMos səsdən sürətli kruiz raketləri və hava-hava raketləri tədarük edəcək. Bu, Cakartaya müdafiə qabiliyyətlərini gücləndirməyə, o cümlədən Cənubi Çin dənizinin və Malakka boğazının mübahisəli ərazilərində dəniz yollarını qorumağa imkan verəcək. Rusiya mütəxəssislərinin iştirakı ilə hazırlanmış BrahMos raket sistemi 3 Max sürətinə çata bilir və quruda yerləşən qurğulardan, gəmilərdən, sualtı qayıqlardan və təyyarələrdən buraxıla bilər. Hindistan əvvəllər bu sistemləri Vyetnama və Filippinə ixrac edib.

Müqavilə regionda artan gərginlik və silahlanma yarışı fonunda bağlanıb. Müşahidəçilər hesab edirlər ki, Hindistanla tərəfdaşlıq ABŞ və ya Çinlə uyğunlaşmadan müstəqil xarici siyasət yürütməyə çalışan İndoneziyanın strateji muxtariyyətini gücləndirir. Cakarta özünü orta səviyyəli güc kimi təqdim edir və 2025-ci ilin iyun ayında strateji tərəfdaşlıq müqaviləsi imzaladığı Rusiya da daxil olmaqla müxtəlif güc mərkəzləri ilə praqmatik münasibətlər qurur.

Müdafiə ilə yanaşı, ölkələr nadir torpaq metalları sahəsində də əməkdaşlıq etmək barədə razılığa gəliblər. Hindistan nikel və digər strateji minerallarla zəngin olan İndoneziyada xammalı kəşf edə, hasil edə və emal edə biləcək. Bu, Yeni Dehliyə təchizat mənbələrini şaxələndirməyə və Cakarta ilə etibarlı xammal təchizatı zəncirini yaratmağa imkan verəcək. Ölkələr arasında ikitərəfli ticarət 2024-2025 maliyyə ilində artıq 28 milyard dollara çatıb.

Narendra Modinin İndoneziyaya səfəri Prabovo Subiantonun 2025-ci ilin yanvar ayında Yeni Dehliyə səfərinə qarşılıq səfər idi. Cakartada Hindistan Baş nazirinə ölkənin ən yüksək dövlət mükafatı olan Adipurna Ulduzu Ordeni təqdim edildi və xarici liderə İndoneziya parlamentində çıxış etmək üçün nadir bir fürsət verildi.

Yorum yok
Yorum bırak

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Girish 596
Bugun 596
Umumi 2160514
tr_TRTR