Ay: İyul2026

Alternativ nəqliyyat marşrutlarına ehtiyac yaranıb

Hörmüz boğazında mürəkkəb vəziyyət sahil və böyük dövlətləri bu istiqamətdən asılılığın azaldılmasına və alternativlər axtarmağa məcbur edib.  Şaxələndirilmiş enerji təchizatı, daha güclü dəniz tərəfdaşlığı, genişləndirilmiş infrastruktur və təhlükəsiz alternativ dəhlizlər qeyri-sabitliyin qlobal ticarəti pozmaq qabiliyyətini azaldır.

Dəniz yollarından ən çox istifadə edən ölkələrdən biri Hindistandır. Bu ölkə Yaxın Şərqin enerji istehsal edən bölgələri, Afrikanın inkişaf etməkdə olan iqtisadiyyatları və Şərqi Asiyanın istehsal gücləri arasında yerləşir. Qərb sahil xətti Fars körfəzi ilə Qırmızı dənizi birləşdirən dəniz yollarına baxır, Andaman və Nikobar adaları (Hindistana məxsus) isə Hind okeanı ilə Sakit okean arasında keçid olan Malakka boğazına strateji giriş təmin edir. Bu səbəbdən Hindistan iqtisadiyyatının dəniz əlaqəsindən asılılığ böyükdür.

Körfəz ətrafındakı qeyri-sabitlik qlobal enerji qiymətlərinə, Hind okeanındakı təhdidlər isə Asiya təchizat zəncirlərinə təsir göstərir. Husilərin Qırmızı dənizdə kommersiya gəmiçiliyinə hücumları acı reallığı nümayiş etdirib. Minlərlə kilometr uzaqlıqdakı münaqişə daşınma xərclərini sürətlə artıra, təchizat zəncirlərini poza və dünya ölkələrinə zəifliklərini xatırlada bilər.

Hindistan qlobal miqyasda üçüncü ən böyük neft istehlakçısı, ən böyük sıxılmış qaz idxalçılarından biridir. Hindistanın neft email gücü ildən-ilə artır. Bu isə öz növbəsində neftə təbəlatı artırır. Körfəz ölkələri etibarlı enerji bazarlarından asılıdır. Hindistan-Körfəz Əməkdaşlıq Şurası ticarəti 2024-25-ci illərdə təxminən 178 milyard dollara çatdı ki, bu da Hindistanla Yaxın Şərq arasında iqtisadi qarşılıqlı asılılığın dərinliyini nümayiş etdirir. Ona görə də Yaxın Şərqdə gərginlik artanda bu Hindistana da təsir edir. Hindistan dəniz yolları ilə daşınan məhsullarını qorumaq üçün hərbi dəniz qüvvələrini gücləndirməli olub.

Hindistan Körfəz ölkələri ilə güclü əlaqələri ilə yanaşı, İsrail ilə münasibətləri dərinləşdirməyə, ABŞ ilə uzunmüddətli tərəfdaşlığı və Afrika və Avropa ilə artan əlaqələri qoruyub saxlamağa üstünlük verir. Hindistanın İran və Rusiya ilə davam edən ticarət münasibətləri Qərb tərəfdaşlarının narazılığına səbəb olsa da, Yeni Dehli mövcud siyasətindən imtina etməyib. Buna baxmayaraq, Hindistanın Rusiyadan narazı qaldığı hallar da az deyil. Misal üçün iyulun 20-də Odessa limanında yük gəmisinə endirilən zərbə nəticəsində Hindistanın 4 vətəndaşının həlak olmasından sonra Hindistan Rusiyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Hindistan Xarici İşlər Nazirliyi ticarət gəmilərinə hücumları pisləyib və mülki şəxslərin həyatını təhlükə altına atan bu cür hadisələrin dayandırılmasına çağırıb. Bu, Rusiya-Ukrayna münaqişəsində hind dənizçilərinin ilk ölüm faktıdır. Hindistan tərəfi vurğulayıb ki, bu cür hücumlar beynəlxalq dəniz ticarətinin təhlükəsizliyini, etibarlılığını və sabitliyini sarsıdır.

Hindistanın İsraillə tərəfdaşlığını gücləndirməsi diqqət mərkəzindədir. Hindistan və İsrail arasındakı münasibətlər ənənəvi müdafiə əməkdaşlığından çox kənara çıxıb. İsrail Hindistan üçün mühüm texnoloji tərəfdaşa çevrilib, Hindistan isə İsrailə sənaye miqyası və istehsal gücü təmin edir. Hindistanda İsrailə məxsis Dəmir Günbəz hava müdafiə sistemlərinin istehsalı planlaşdırılıb.

“Bir kəmər, bir yol” layihəsinin iki istiqaməti təhlükə altındadır

İranın daxili işlər naziri İsgəndər Momeni regionda yenidən başlanan müharibə fonunda Pakistana səfər edib. İran nümayəndə heyətinin tərkibinə Sistan və Bəlucistan əyalətinin rəhbərləri də daxil edilib. Bu səbəbsiz deyil. Görünür, Tehran hər iki ölkədəki bir qrup silahlı bəlucun fürsətdən istifadə edərək gərginlik yarada biləcəyindən ehtiyat edir, belə hallad keçmiş illərdə olub. Buna görə də, Tehran İslmabadla birgə təhlükənin qarşısını almaq istəyir. Səfərin digər məqsədi Pakistanın vasitəçilik təşəbbüslərini yenidən fəallaşdırmaq imkanlarını öyrənməkdir. Pakistan Qətərlə birgə ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər. Vaşinqton İrana zərbə endirməyi davam etdirməklə atəşkəs razılaşmayacağını göstərib. Tehran isə Hörmüz boğazına nəzarətdən imtina etmək istəmir. Belə olan halda vasitəçilik təşəbbüslərinin uğur qazanacağını söyləmək çətindir.

Pakistanla yanaşı Çində qarşıdurmanın dərhal dayandırılmasına yönəlik çağırışlarını intensivləşdirib. Çinin xarici işlər naziri Van İ Şanxayda pakistanlı həmkarı İshaq Darla görüşdən sonra bəyanat verərək, tərəfləri sülh danışıqlarını bərpa etməyə çağırıb. Van İ ayrıca, iranlı həmkarı Abbas Əraqçıya zəng edərək, onunla mövcud vəziyyəti müzakirə edib.

Çinin narahatlığı aydındır. ABŞ-İran qarşdurması və Yaxın Şərqdə artan gərginlik Çinin enerji idxalıyla yanaşı regional iqtisadi layihələrinə təhlükə yaradıb. Pekinin 2013-cü ildə elan etdiyi və həyata keçirməyə çalışdığı “bir kəmər, bir yol” layihəsinin bir qolu Yaxın Şərqdən keçir. Qlobal ticarət və nəqliyyat əlaqələrinin transformasiyasını əks etdirən “bir kəmər, bir yol” layihəsinin Avropa qolu da Pekinə problemlər yaradıb. Brüssel Çin texnologiyalarının milli təhlükəsizlik və suverenlik üçün yaratdığı riskləri qeyd etsə də, Huawei və Dahua Technologies kimi qara siyahıya alınmış şirkətlər Avropanın qərb sərhədində Balkanlar kimi strateji əhəmiyyətli bölgələrdə texnoloji infrastrukturun inkişafında fəal iştirak etməyə davam edirlər. Çin on ildən çoxdur ki, Balkanlara investisiya qoyur. Ancaq ABŞ-ın müxtəlif texnoloji şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar Avropa ölkələrinin həmin şirkətlərlə əməkdaşlıqlarını davam etdirməsini çətinləşdirib. Bu isə öz növbəsində “bir kəmər, bir yol” layihəsinin Balkanlarda reallaşmasına əlavə çətinliklər yaradıb. Brüssel Çinin Avropadakı əsas tərəfdaşı Serbiyanı xəbərdar edib.  Qərb investisiyası axtaran Balkan şirkətləri Çinin 5G texnologiyasının təhlükəli olduğunu qəbul ediblər. Məhdudiyyətlərə baxmayaraq, Çinin Balkanlara marağı azalmayıb. Eyni ilə Yaxın Şərqdə formalaşan çətinliklər Pekini meqa layihələrdən imtinasına səbəb olmayıb. Pekin “bir kəmər, bir yol” layihəsinin bütün qollarını reallaşdırmağa çalışır. Ancaq Vaşinqtonun müxtəlif bölgələrdə fəallığı artdıqca, bölgədəki müttəfiqləri və tərəfdaşlarıyla ortaq layihələr təsis edərkən, Çinin çətinlikləri artıb.

“Sibirin gücü” gücə çevrilə bilmir

“The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Rusiya Prezidenti Vladimir Putinin rəhbərlik etdiyi nümayəndə heyətinin Pekinə son səfəri zamanı “Sibirin gücü – 2” qaz kəmərinin tikintisi ilə bağlı razılığın əldə olunmamasına diqqəti çəkib. Pekin üçün bu boru kəməri ilə qazın qiymətini müəyyənləşdirmək əsas şərtdir. Pekin Rusiyadan ucuz qaz almaq istəyir. Bu baş verməyincə, qaz kəmərinin tikintisi baş tutmayacaq. Avropaya qaz sata bilməyən Rusiya üçün isə bu boru xəttini işə salmaq həyati əhəmiyyətlidir. Nəşrin yazdığına görə, Çin qazı Rusiyanın daxili qiymətləri ilə və ya min kubmetr üçün təxminən 50 dollarla almağa hazırdır.

Rusiya tərəfinin 2025-ci ilin payızında müzakirə etdiyi qaz kəməri ilə bağlı hüquqi cəhətdən Pekinlə memorandumun imzalanması boru xəttinin tikintisinə heç bir zəmanət vermir. Çin Avropanın siyasətinə üstünlük verərək qaz nəqlində tək bir təchizatçıdan asılı olmaq istəmir. Çin mayeləşdirilmiş təbii qaz tədarükünü müxtəlif istiqamətlərdən əldə etməyə üstünlük verir.

Buna baxmayaraq, Kreml hədəfinə çatmağa çalışır. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Çin arasında “Sibirin gücü – 2” tikinti müqaviləsi üzrə danışıqların korporativ səviyyədə davam etdiyini açıqlayıb. Peskov daha əvvəlki açıqlamasında boru xətti ilə bağlı guya əsas detallar barədə razılığa gəlindiyini söyləmişdi. Rusiya baş nazirinin müavini və enerji sahəsinə cavabdeh olan Aleksandr Novak da bildirib ki, “Sibirin gücü – 2” müqaviləsinin təsdiq prosesinin son mərhələsindədir, lakin sənədlərin texniki təkmilləşdirilməsi davam edir. Halbuki, Pekin boru xəttinin tikintisi ilə bağlı razılıq verməyib. Pekin rusiyalı rəsmilərin açıqlamalarına reaksiya verməyib. Bu o deməkdir ki, Çin rəsmiləri rusiyalı həmkarlarının açıqlamarını təsdiq etmirlər.

Kremlin “Sibirin gücü – 2” layihəsini reallaşdırmağa çalışması Rusiyanın Ukrayna müharibəsi fonunda Çindən necə asılı vəziyyətə düşdüyünün təsdiqidir. Pekin də bu asılılıqdan öz məqsədləri üçün istifadə edir. Qərbdə hətta belə rəy var ki, Çin Rusiyanın daha çox zəifləməsində marağı var. Bu isə o deməkdir ki, Rusiya-Ukrayna müharibəsi Çinin maraqlarına cavab verir.

Bu arada, Çin Rusiya neft və qazından asılı olmamaq üçün diqqətini Mərkəzi Asiyanın resurslarına yönəldib. Ancaq bundan əvvəl Çin Mərkəzi Asiya ölkələrinə böyük yatırımlar həyata keçirib. Tək elə Qırğızıstana Çin 2 milyard dollardan çox yatırım qoyub. Əsas investisiyalar infrastruktura yönəldilib. Qırğızıstanın istehsal sektorunda Çin şirkətləri sement və metallurgiya sənayesində dominantlıq edir. Çin Qırğızıstanın yolların moderləşdirilməsinə, su elektrik stansiyalarının tikintinə və mədən sektoruna yüz milyonlarla dollar yatırım qoyub. Bunlar güzəştli kreditlər olsa da, Mərkəzi Asiya ölkələri getdikcə daha çox borclanırlar və nəticədə Çin bu dövlətlərin enerji resurslarında böyük pay sahibinə çevrilir. Pekinin enerjiyə çıxış imkanı şaxələndiyindən Rusiyanın böyük meqa layihələrinə ehtiyatla yanaşır.

Malayziya və İndoneziyanın nadir torpaq elementləri uğrunda rəqabət genişlənib

Kritik Minerallar İnstitutunun (KMİ) həmsədri Cek Liftonun fikrincə, Çinin məqsədi artıq sadəcə evdə nadir torpaq istehsalına hakim olmaq deyil. Bu, rəqabət aparmaq üçün tələb olunan texnologiyanı, texnikləri və bazara çıxışı hansı ölkələrin alacağına qərar verməklə qlobal sənayeyə nəzarət etməkdir. Malayziya və İndoneziya sınaq nümunələridir.

Çinin Malayziyadakı fəaliyyəti həm real, həm də strateji cəhətdən əhəmiyyətli görünür. 2025-ci ilin avqust ayında Pekin Malayziyaya nadir torpaq emalı texnologiyası və texniki yardım göstərməyə hazır olduğunu bildirdi, lakin bildirildiyinə görə, əməkdaşlığın dövlətlə əlaqəli müəssisələr vasitəsilə aparılmasında israr etdi. Daha sonra Malayziyanın suveren sərvət fondu Khazanah Nasional və Çinin dövlətə məxsus şirkəti ilə Malayziyanın nadir torpaq emalı zavodu ilə bağlı ilkin müzakirələr barədə məlumat verildi.

Bu şərt — yalnız dövlətlə əlaqəli iştirakçılar — aşkardır. Çin texnologiyanın adi kommersiya satışını təklif etmir. O, Pekinin aşağıdakılara nəzarət edə biləcəyi hökumət tərəfindən nəzarət edilən sənaye münasibətləri təklif edir:

ötürülən texnologiya;

təyin edilmiş Çin heyəti;

təchiz edilmiş avadanlıq;

istehsal olunan məhsullar;

nəticə etibarilə xidmət göstərilən müştərilər;

və ən əsası, Malayziya əməliyyatının həqiqətən müstəqil olub-olmaması.

Malayziya qeyri-adi dərəcədə cəlbedicidir, əlavə mədən, ayırma və maqnit istehsalı gücünü inkişaf etdirir. Malayziya emal olunmamış nadir torpaq materiallarının ixracını qadağan edib və bununla da həm Çin, həm də Çindən olmayan investisiyaları cəlb edib. O vaxtdan bəri Malayziyanın Çindən olmayan sənaye bazası daha da güclü hala gəlib. Carester və Malaco Malayziyanın nadir torpaq ayırma əməliyyatı üçün planlarını açıqlayıblar, Lynas və Cənubi Koreyanın JS Link şirkətləri isə Lynas zavodunun yaxınlığında ildə 3000 tonluq sinterləşdirilmiş NdFeB maqnit qurğusu inşa etməyə davam edirlər.

Çin Malayziyanın sadəcə Qərb və ya Yaponiya tərəfindən maliyyələşdirilən rəqibə çevrilməsini istəmir. O, Malayziyanın Çinin əvəzolunmaz iştirakçısı olaraq qaldığı çoxşaxəli emal mərkəzinə çevrilməsini istəyir. Başqa sözlə, Pekin artıq hər bir nadir torpaq sənayesinin Çindən kənarda qurulmasının qarşısını ala bilməyəcəyini anlayır. Buna görə də, onun ikinci ən yaxşı strategiyası Çin texnologiyasını, dövlət şirkətlərini, texnikləri və kommersiya münasibətlərini həmin sahələrə daxil etməkdir.

Malayziya Çinə bir sıra üstünlüklər təklif edir.

Birincisi, Çin şirkətlərinə Çin daxilində mədənçilik təzyiqini artırmadan əlavə xammal ehtiyatlarına çıxış imkanı verir. İkincisi, Malayziya nominal olaraq Çindən kənar istehsalı getdikcə daha çox tələb edən bazarlara xidmət edə bilər. Malayziyada istehsal olunan material Cənub-Şərqi Asiya, Yaxın Şərq və ya bəzi Avropa alıcıları üçün daha siyasi cəhətdən məqbul ola bilər – hətta Çin texnologiyası və ya kapitalı zavodda qalsa belə. Üçüncüsü, Çinin iştirakı Malayziyanın yalnız Amerikaya uyğunlaşdırılmış nadir torpaq platformasına çevrilməsinin qarşısını ala bilər. Malayziya hökuməti açıq şəkildə bildirib ki, o, sadəcə Çin təchizat zəncirini Qərb təchizat zənciriylə əvəz etmək niyyətində deyil; o, hər iki tərəfdən iştirak istəyir. Dördüncüsü, təklif olunan struktur Pekinə xammal ehtiyatları, proses performansı, istehsal xərcləri, müştərilər və aşağı axın tələbi barədə məlumat verir.

Çinin 2025-ci ilin oktyabr ayında texnologiya ixracına nəzarətin dayandırılması 10 noyabr 2026-cı ildə başa çatır. Pekin bu dayandırmanı uzatmasa, əvəz etməsə və ya dəyişdirməsə, nəzarətlər geri qayıdacaq. Çinin ayrılma texnologiyasından, avadanlıqlarından və ya işçilərindən istifadə edən hər hansı yeni Malayziya müəssisəsi davamlı olaraq Çinin təsdiqini tələb edə bilər. Çin hökuməti Qərbə məxsus layihə ilə müqayisə edilə bilən texnologiyadan imtina edərkən dövlət tərəfindən idarə olunan Malayziya birgə müəssisəsinə xüsusi lisenziya verə bilər. Bu, Malayziyanı Çinin qaydaları seçici şəkildə necə tətbiq etmək niyyətində olduğunun – bütün xarici nadir torpaq inkişafını dayandırmaq üçün deyil, hansı xarici inkişafa icazə verəcəyinə və təsir edəcəyinə qərar vermək üçün necə nümayiş etdirəcəyinə çevirərdi.

İndoneziya fərqlidir. Cakartanın nadir torpaq ehtiyatlarını inkişaf etdirmək istədiyinə dair əhəmiyyətli dəlillər var, lakin Çinin hələ də orada böyük, xüsusi nadir torpaq ayırma və ya maqnit layihəsi qurmadığına dair ictimai dəlillər daha azdır. İndoneziya 2026-cı ilin fevral ayında nadir torpaq və digər strateji mineralları ehtiva edən səkkiz perspektivli blok müəyyən etdiyini elan etdi. İnkişafa nəzarət etmək üçün yeni dövlət təşkilatı olan Perminas təyin edildi və emal texnologiyası ilə bağlı paralel tədqiqatlar elan edildi. Məlumata görə, yerlər Kalimantan, Sulawesi və Bangka Belitung-u əhatə edir. Lakin hökumət ətraflı ehtiyat qiymətləndirmələrini dərc etməyib və ya bu ehtiyatların hələ iqtisadi cəhətdən müəyyən edilmiş yataqlara çevrildiyini nümayiş etdirməyib.

İndoneziya rəsmiləri ölkənin nadir torpaq emalını mənimsəməli olduğunu açıq şəkildə bildiriblər və Çin, Yaponiya və Cənubi Koreyanı öyrənə biləcəyi ölkələr kimi müəyyən ediblər. Prezident Prabovonun hökuməti də dəfələrlə nadir torpaq kəşfiyyatı və emalına xarici investisiyalar dəvət edib. Bu, İndoneziyanın marağını ortaya qoyur. Hələ ki, Çin tərəfindən idarə olunan nadir torpaq sənayesi yaratmayıb.

BRİCS dollardan imtina edə bilmir

BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının təsis olunmasından 20 il keçib. Daha sonra təşkilata bir qrup ölkə də qoşulub. Rusiya təşkilata sədrlik etdiyi dövrdə Mərkəzi Asiya ölkələrini də təşkilata üzvlüyə dəvət edib. Qazaxıstan və Özbəkistan dəvəti qəbul ediblər, Tacikistan, Türkmənistan və Qırğızıstan isə gözləmə mövqeyində qalıblar.

BRİCS təşkilatının mərkəzi ofisi yoxdur. Buna baxmayaraq, təşkilatın təsis etdiyi müxtəlif strukturlar üzv dövlətlərdə yerləşib. BRİCS iqtisadi, Şanxay Əməkdaşlıq Təşkilatı isə daha çox təhlükəsizlik mövzularında ixtisilaşıb. Bu iki təşkilatı təsis edən – Rusiya və Çinin əsas məqsədi Amerika Birləşmiş Ştatlarının hegemonluğuna son qoymaqdır. Ancaq bu məsələdə də Rusiya ilə Çin arasında fərqlər var. Pekin ikiqütblü dünyanın, Rusiya isə çoxqütblü dünyanın formalaşmasını istəyir. Rusiya ona görə çoxqütblü dünyanın formalaşmasını istəyir ki, Çin kimi və ABŞ-la rəqabət aparacaq gücə malik deyil. Buna görə də Rusiya tərəfdaş toplamaqda maraqlıdır. Ancaq Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə Kremlə çoxqütblü dünya formalaşdırmağa imkan vermir. Digər tərəfdən Qazaxıstan və Özbəkistan BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri olsa da, Moskvanın ABŞ-qa qarşı planlarında yer almaq istəmirlər. Təşkilata digər üzvlərin də fərqli maraqları mövcuddur. Misal üçün BRİCS üzvü olan Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın müttəfiqlərindəndir. Ən maraqlısı odur ki, BRİCS-in digər üzvü İran Birləşmiş Ərəb Əmirliklərinə hava zərbələri endirir. Bu BRİCS təşkilatının mövcud vəziyyətini göstərir.

Qazaxıstan və Özbəkistanın BRİCS-ə üzvlüyü təşkilatın bankından ucuz kreditlər əldə etməsiylə bağlıdır. Hər iki dövlət kreditlər hesabına müxtəlif iqtisadi layihələrini reallaşdırmağa çalışırlar.

BRİCS yaranışının 20 ilində ortaq valyuta formalaşdıra bilməyib. Üzv ölkələr arasında ticarət milli pul vahidləriylə və dollar əsasında həyata keçirilir. Təşkilatın ən böyük iqtisadiyyatına malik Çin beynəlxalq ticarəti tənzimləmək üçün valyuta kimi yuanı təşviq etməyə çalışsa da, dollardan imtina edə bilmir. Çinin böyümə modeli qlobal valyuta sisteminin mövcud strukturlarına sıx bağlıdır. Bu asılılıq yalnız ticarət həcmləri və ya valyuta ehtiyatları ilə bağlı deyil. Söhbət dolların qlobal maliyyənin onurğa sütunu kimi oynadığı roldan gedir.

Növbəti vasitəçi hansı dövlət olacaq?

ABŞ-la İran arasındakı hərbi qarşıdurma illərlə davam edə bilər. Tərəflərin 14 bəndlik memorandumu yerinə yetirməyəcəyi əvvəlcədən bəlli idi. Çünki, kağız üzərindəki bəndlər tərəflərin maraqlarını əks etdirmirdi. Digər tərəfdən İranda hakimiyyətin kimin və ya kimlərin əlində cəmləşdiyinin bəlli olmaması da memorandumun yerinə yetirilməsi ehtimalını azaldırdı. Belə də oldu. İran Prezidenti və xarici işlər naziri Hörmüz boğazıyla bağlı bir mövqedən çıxış etdi, SEPAH generalları isə yenidən tankerlərə atəş açmağa üstünlük verdilər.

İran və ABŞ hərbi qarşdurmaya başlamaqla Pakistanı da pis vəziyyətdə qoydular. İslamabad bu ilin aprelindən başlayaraq tərəflərlə danışıqlar aparır, Vaşinqtonla Tehran arasında ortaq məxrəc tapmağa çalışırdı. Alınmadı. Pakistandan əvvəl Türkiyə də tərəflər arasında vasitəçi olmaq istəyirdi. Ancaq Tehran Ankaranın vasitəçiliyini qəbul etmədi. Müharibədən əvvəl görüş Omanda keçirildi. Ancaq Oman görüçünün də nəticəsi olmadı.

İndiki şərtlər altında başqa bir dövlət vasitəçi ola bilərmi? Misal üçün həm Vaşinqton, həm də Tehranla normal münasibətlərə malik olan Hindistan vasitəçilik təşəbbüsü ilə çıxış edə bilərmi? Çətin. Məsələ burasındadır ki, ABŞ-İran müharibəsi və Yaxın Şərqdəki gərginlik Hindistanın da maraqlarına toxunur. Birincisi, Hindistan İran və Körfəz ölkələrindən yanacaqla təmin olunur. Müharibə bu təminatı təhlükə altında qoyub. Məhz bu səbəbdən Hindistanın neft emalı zavodları Rusiyadan daha çox neft almağa başlayıblar. İkincisi, Hörmüz boğazında üzən tankerlərdə xidmət edənlər arasında xeyli Hindistan vətəndaşı var. Müharibə zamanı hindililər arasında ölənlər olub. Üçüncüsü, Körfəz ölkələrində çalışanlar arasında Hindistan vətəndaşları var. Müharibə onlara da təhlükə yaradıb. Dördüncüsü, Hindistan 2014-cü ildə İranın strateji əhəmiyyət kəsb edən Çabahar limanını idarəçiliyə götürüb. Hindistan bu limana böyük sərmayə qoyub. Cabahar İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı idarəçiliyə götürməklə Hindistan Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalıydı. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılmalı idi. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaqdı.

ABŞ Çabahar limanına da zərbələr vurub. Müharibə davam edərsə, bu limandan istifadə mümkün olmayacaq. Müharibə dayansa belə, limanın yenidən bərpası üçün böyük vəsait tələb olunacaq. Hindistan dünyanın beşinci ən böyük iqtisadiyyatı, Hind-Sakit Okean təhlükəsizlik arxitekturasında əsas oyunçulardan biri və böyük güclərin fəal şəkildə mübarizə apardığı ölkə olsa da, Yeni Dehli Vaşinqtonla Tehran arasında vasitəçi olmağa risk etməyəcək. Hindistanın vasitəçi rolunda çıxış etməməsinin başqa səbəbi də var. Hindistan və İsrail 2026-cı ilin fevral ayında münasibətlərini xüsusi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar və milyardlarla dollar dəyərində müdafiə müqavilələri müzakirə edilib. 2020-ci ildən 2024-cü ilə qədər İsrailin ən böyük silah müştərisi olan Hindistan olub. Tehran Yeni Dehli ilə münasibətlərinə davam etsə də, İsrailin strateji tərəfdaşının vasitəçi olmasına razılaşmaz.

Pekin Vaşinqtonun nəbzini yoxlayır

“Bloomberg” agentliyinin məlumatına görə,  Pekin ABŞ Konqresinə noyabr ayında keçiriləcək ara seçkilərin nəticələrini gözləmədən keçmiş diplomatlarını – Çinin BMT-dəki keçmiş daimi nümayəndəsi Cui Tiankai və keçmiş daimi nümayəndənin müavini Geng Shuangı Vaşinqtona göndərib. Səfər iyun ayında reallaşıb. Səfərin məqsədi ticarət müharibəsində Vaşinqtondan nə gözləmək lazım olduğu barədə məlumat əldə etmək olub. Agentliyin mənbələrinə görə, Pekin noyabr ayındakı ara seçkilərin kövrək ticarət barışığına necə təsir edəcəyini qiymətləndirməyə çalışır. Çin nümayəndələri müxtəlif siyasi düşərgələri təmsil edən ikitərəfli münasibətlər üzrə amerikalı mütəxəssislərlə görüşüblər.

Çin üçün ABŞ-la ticarət əlaqələrinin normal axarda davam etməsi son dərəcə əhəmiyyətlidir. Buna görə, Pekin həm nümayəndələrini Vaşinqtona göndərir, həm də mövzuya bağlı amerikalı analitiklərin fikirlərini öyrənir. Əks istiqamətdə də paralel proses davam edir. Bir qrup amerikalı mütəxəssis Çinə səfərə dəvət edilib. Amerikalı ekspertlər Pekində nazirliklərin və beyin mərkəzlərinin hazırkı və keçmiş işçiləri ilə fikir mübadiləsi aparıblar. Çin 2026-cı ilin noyabr ayında ABŞ-da keçiriləcək ara seçkilərin və 2028-ci il prezident seçkilərinin nəticələrini indidən proqnozlaşdırmağa çalışır. Pekin gələcəyə baxır və ümid edir ki, Trampdan sonrakı dövr ikitərəfli ticarət əlaqələri üçün daha faydalı olacaq.

Bu arada, Avropa İttifaqının Çindən iqtisadi asılılığı azaltmaq üçün xüsusi maliyyə mexanizmi hazırladığına dair də xəbərlər yayılıb. Bu mexanizm Avropa şirkətlərinə mallarının təchizat zəncirlərini şaxələndirməyə kömək etmək üçün nəzərdə tutulub. Məqsəd Çin məhsulları ilə rəqabətdə yerli şirkətləri qorumaqdır. Təşəbbüsün məqsədlərindən  biri Avropanın Çinlə ticarət kəsirini azaltmaqdır ki, kəsir 360 milyard avronu keçib. Çin şirkətlərin rəqabətdə yerli şirkətlərin dəstəyi məqsədilə ayrılacaq vəsaitin dəqiq miqdarı hələ müəyyən edilməyib. Ancaq aydındır ki, bu məbləğ Çinlə ticarətdə mənfi təsirləri azaltmaq məqsədi daşıyır.

ABŞ və Avropa Çinlə ticarət münasibətlərini aydınlaşdırarkən, Böyük Britaniya Hindistanla ticarətdə yumşalmaya gedib. Hindistanla Böyük Britaniya arasında ticarət müqaviləsi bir neçə gün əvvəl qüvvəyə minib və bu müqavilə minlərlə malın tariflərini azaldılmasına şərait yaradıb. Hər iki ölkənin bazarlara çıxışı genişlənib. Böyük Britaniya Hindistanın avtomobil və spirtli içkilər bazarlarını tədricən açmasından faydalanacaq. Öz növbəsində Hindistanın baş naziri Narendra Modi Böyük Britaniya ilə ticarət müqaviləsinin iki ölkə arasında iqtisadi əlaqələri dərinləşdirəcəyi və Hindistanın fermerlərinə, sahibkarlarına və kiçik müəssisələrinə “yeni təkan” verəcəyi qənaətindədir. Hər iki tərəf yeni müqavilənin iki ölkə arasında ticarət əlaqələrinin yaxınlarda 100 milyard dolları aşacağını proqnozlaşdırır.

Hindistanın uran ehtiyacları artıb

Böyük dövlətlər arasında yeraltı zənginliklərə yiyiələnmək uğrunda rəqabət artıb. Yüksək texnologiyaların və süni intellektin inkişafı birbaşa nadir torpaq elementləri ilə bağlıdır. Böyük dövlətlər uran ehtiyatlarını da artırmağa çalışırlar. Son illər Mərkəzi Asiyaya maraq məhz bundan irəli gəlir. Avropada ən çox atom elektrik stansiyalarına malik Fransanın Afrika ölkələrindən uran əldə etmək imkanları azaldıqdan sonra diqqətini Qazaxıstana yönəldib. Amerika Birləşmiş Ştatları da Mərkəzi Asiya ölkələrindən uran nəql etmək istəyir.

Bu arada, Hindistanın baş naziri Narendra Modinin Avstraliyaya son səfərinin əsas tərkib hissəsi də uranla bağlı razılaşma əldə etmək idi. Bu iki ölkə arasında strateji tərəfdaşlıq formalaşıb. Hindistan, Avstraliya, Yaponiya və ABŞ-ı qeyri-rəsmi strateji qrup olan QUAD-ın üzvləridirlər. B ölkələr arasında strateji əməkdaşlığın səbəblərindən biri də QUAD çərçivəsində əməkdaşlıqdır.

İki ölkə arasında yeni razılaşma Dehliyə dünyanın ən böyük məlum uran ehtiyatlarına çıxış imkanı verib və bu, Hindistanın nüvə enerjisi məqsədlərini irəli aparır. Razılaşma Hindistana planlaşdırılan nüvə genişləndirilməsi üçün yanacaq təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Bununla yanaşı Hindistanın enerji zəifliklərini azaltmaq və mülki nüvə enerjisi gücləndirməyə imkan verəcək. Hindistan nüvə gücünü yaxın 20 ildə bir neçə dəfə artırmağı planlaşdırır. Ancaq bunun üçün Hindistan uranı kənardan nəql etməlidir. Hindistanın uzunmüddətli nüvə ambisiyalarını yerinə yetirmək üçün kifayət qədər yerli uran yoxdur və bu da idxaldan ciddi şəkildə asılılığa səbəb olub. Hindistanın əhalisi artdıqca, bu ölkənin elektrik enerjisinə tələbatı da artır. Uran müqaviləsi, ABŞ-İran arasında strateji əhəmiyyətli Hörmüz boğazından daşınmaların dayandırılmasına səbəb olan kövrək atəşkəsin pozulmasından sonra qlobal neft və qaz tədarükündə qeyri-müəyyənliyin dərinləşməsi ilə əlaqədardır.

Avstraliya keçmiş illərdə Hindistana uran satmaqdan imtina etmişdi, çünki Dehli nüvə silahlarının yayılmasının qarşısını almaq üçün nəzərdə tutulmuş Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalamamışdı. İki ölkə arasında mülki nüvə əməkdaşlıq müqaviləsi 2014-cü ildə imzalanıb. Yeni Dehli Avstraliyadan alacağı uranı yalnız dinc məqsədlər üçün istifadə eədəcəyinə dair öhdəilk götürüb. İki ölkə arasındakı razılaşmaya görə, Avstraliyadan alınacaq uranın dinc məqasədlər üçün istifadəsinə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarət edəcək. Agentlik mütədami monitorinqlər həyata keçirəcək.

Bu arada, Hindistandan atom elektrik stansiyaların tikintisi də davam edir. Xarici şirkətləri atom elektrik stansiyalarını tikmək və idarə etmək imkanı verilib. Hindistanda bu sahədə onilliklər boyu davam edən dövlət inhisarını ləğv olunub. Çünki, Hindistanın bu sahədə xarici texnologiyalara ehtiyacı var.

Yeni Zelandiyanın strateji əhəmiyyəti artıb

10-11 iyul tarixlərində Yeni Zelandiyaya rəsmi səfər edən Narendra Modi, 40 ildən sonra ölkəyə səfər edən ilk Hindistan baş naziri oldu. Modidən əvvəl ölkəyə səfər edən sonuncu Hindistan baş naziri Raciv Qandi idi. Modinin səfəri Yeni Zelandiya Baş naziri Kristofer Luksonun 2025-ci ilin mart ayında Hindistana səfərindən sonra baş tutdu. Səfərin vaxtında olması, iki ölkə liderinin cəmi iki qarşılıqlı səfəri nəticəsində strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasından aydın olur: “Hindistan-Yeni Zelandiya Strateji Tərəfdaşlığı: 2030-cu ilə qədər Yol Xəritəsi”. Ümumilikdə, Modinin səfəri zamanı iki tərəf qarşılıqlı maraq və əməkdaşlıq sahələrini əhatə edən 10 müqavilə imzaladı.

Mərasimlər arasında Modinin Yeni Zelandiyaya səfəri Hindistan tərəfinin diplomatik səylərindəki çatışmazlığı kompensasiya etmək və iki ölkə arasında iqtisadi və strateji boşluqları aradan qaldırmaq cəhdi idi. Bu, heç bir ölçüdə kiçik bir uğur deyildi. İdman əlaqələri Hindistan-Yeni Zelandiya münasibətlərinə daha az əhəmiyyət kəsb edən bir ölçü qatır. Hər iki ölkə kriket və xokkeyə dərin mədəni sərmayə qoyur və bu, simvolik olaraq bu il “İdman Vasitəsilə Birliyin 100 illiyi”ni qeyd edən anım mərasimlərində öz əksini tapır.

Üçüncüsü, 2026-cı il, 1992-ci ildə başlanan Şərqə Baxış siyasətinin proaktiv təkamülünü təmsil edən Modinin Şərq Aktı Siyasətinin başlamasından 12 il keçir. Bu çərçivə, Modinin bu il Malayziya, İndoneziya, Avstraliya və indi Yeni Zelandiya da daxil olmaqla Cənub-Şərqi Asiya və Hind-Sakit Okean ölkələrinə çoxsaylı səfərləri ilə sübut edildiyi kimi, Hindistanın şərqə doğru əlaqəsinin mərkəzindədir. Yaponiya, Myanma və Vyetnamdan olan liderlərin də daxil olduğu regional liderlərin qarşılıqlı səfərləri bu dövlətlərin Hindistanın Hind-Sakit Okean strategiyası üçün əhəmiyyətini daha da vurğulayır.

Coğrafi baxımdan Yeni Zelandiya uzun müddət nominal olaraq Şərq Aktı çərçivəsinin bir hissəsi olub, lakin onun inteqrasiyası tarixən həm diplomatik, həm də institusional baxımdan digər regional tərəfdaşların inteqrasiyasından daha zəif olub. Modinin Avstraliya ilə əlaqələrin inkişafı və Sakit Okean adaları ölkələri ilə əlaqələrin genişləndirilməsi Hindistanın Cənubi Sakit Okeandakı mövcudluğunu gücləndirsə də, alt bölgənin institusional cəhətdən əsas oyunçusu olan Yeni Zelandiya ilə davamlı yüksək səviyyəli əlaqələrin olmaması siyasətin həlledici bir lövbərinin olmaması demək idi. Şərq siyasətinin daha geniş Hind-Sakit Okean çərçivəsinə daxil edilməsi artıq məntiqlidir. Bu daxilolma həmçinin Yeni Dehlinin daha geniş Hind-Sakit Okean bölgəsinə doğru irəliləmək və bir sıra ortaq cəhətləri paylaşdığı eyni düşüncəli demokratiyalarla daha güclü əlaqələr qurmaq səylərini nümayiş etdirir və Yeni Zelandiya bu strateji dizayna yaxşı uyğun gəlir.

Dördüncü və mübahisəsiz ən əhəmiyyətlisi strateji əsaslandırmadır. Bir çox ABŞ müttəfiqləri və tərəfdaşları Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə nə qədər etibar edə biləcəklərinə daha az əmindirlər ki, bu da Tramp administrasiyasının yanaşmasının gözlənilməzliyi ilə daha da kəskinləşir. Bu, ABŞ-ın üstünlüyünün artıq qəbul edilə bilməyəcəyi daha mübahisəli, çoxqütblü bir nizama doğru daha geniş bir keçidə uyğun gəlir.

Bu məqam 6 iyulda Çinin Cənubi Sakit Okeana saxta döyüş başlığı daşıyan sualtı qayıq əsaslı ballistik raketi sınaqdan keçirməsi ilə daha da gücləndi; raket 1986-cı il Rarotonqa Müqaviləsi ilə yaradılmış Cənubi Sakit Okean Nüvəsiz Zonasına düşdü. Yeni Zelandiyaya cəmi bir neçə saat əvvəl xəbərdarlıq edildi. Bu epizod hətta Yeni Zelandiyanın da artan təhlükəsizlik təzyiqlərindən və ABŞ-ın uzadılmış çəkindirmə qüvvəsinin davamlı gücündən narahatlığından təcrid olunmadığını vurğuladı.

Görünür, keçmiş ittifaqların və mexanizmlərin əvvəlkindən daha az çəki daşıdığı bir dövrə qədəm qoyuruq. Lakin Hindistan üçün institusional asimmetriya həmişə tənliyin bir hissəsi olub. İndi ABŞ-ın regionda mövcudluğu daha az hiss olunduğundan, Hindistan öz Hind-Sakit Okean yanaşmasını yenidən istiqamətləndirir ki, ABŞ-ın mərkəziliyi regional inkişaflardan birbaşa təsirlənən dövlətlərin səlahiyyətlərindən daha az əhəmiyyət kəsb etsin və Yeni Zelandiya bu yenidənqurmada önəmli yer tutur. Hər iki ölkə dəniz təhlükəsizliyinə və daha sıx əməkdaşlığa vurğu edərək, rəsmi müzakirələrdə Hind-Sakit Okean məsələləri üzrə mübadilələri dərinləşdirmək niyyətlərini təkrarladılar.

Modinin Yeni Zelandiya səfəri həm ikitərəfli, həm də regional əhəmiyyət kəsb edərək geniş məsələlərə toxundu. Bu səfər, həmçinin Hind-Sakit okean regionundakı orta güclərin ABŞ-ın mövcudluğunun artıq qəbul edilə bilməyəcəyi regional bir şəkildə öz aralarında təhlükəsizlik tənzimləmələrini gücləndirməyə çalışdığı bir vaxta təsadüf etdi. Hər iki tərəf bu impulsu davam etdirməkdə qərarlı görünür, lakin bu irəliləyiş təmin edilmir.

Yüksək səviyyəli səfərlər simvolik və diplomatik çəkiyə malikdir, lakin bu zirvə görüşləri öz-özlüyündə davamlı dəyişikliklər əvəzinə, yalnız ad-hoc, epizodik nəticələrə səbəb ola bilər – xüsusən də birdəfəlik razılaşmalar əvəzinə davamlı institusional izləmə tələb edən təhlükəsizlik əməkdaşlığı. Yeni Zelandiyanın daxili siyasəti, o cümlədən mobillik tənzimləməsinə qarşı əks-səda və hind diasporuna qarşı hücumlar, diqqətlə idarə olunmazsa, məsələləri asanlıqla çətinləşdirə bilər. Yeni Zelandiya Hindistanla əlaqələri dərinləşdirərkən Avstraliyanın oxşar gərginlikləri idarə etmək modelinə baxmağı faydalı hesab edə bilər. Hələlik vacib olan bu təkanın dayanmasına icazə verilməməsidir; Hindistan baş nazirinin Yeni Zelandiyaya yenidən səfər etməsi üçün daha dörd onillik çəkməməlidir. Hazırkı vəziyyətdə hər iki tərəfdə qarşılıqlı əlaqəni davam etdirmək üçün kifayət qədər iqtisadi və strateji əsaslandırma var.

Modinin səfəri haqlı olaraq əlamətdar bir hadisə hesab olunur. Yeni Zelandiyanın Xarici İşlər və Ticarət Nazirliyi Hindistanı Yeni Zelandiya üçün strateji prioritet adlandıraraq, Hindistanın qlobal miqyasda artan siyasi və iqtisadi təsirini vurğulayıb. Bu münasibət Oklenddə Modinin aldığı səmimi qarşılanmada özünü göstərib.

Vellinqtonun ikitərəfli və regional çərçivələrdəki əhəmiyyəti Hindistan üçün də unudulmayıb. Modinin Yeni Zelandiyaya səfərinin əsas səbəbini bir çox amillər dəstəkləyir. Birinci əsas səbəb ikitərəfli əlaqələrin özüdür. Modinin 40 illik fasilədən sonra səfəri, coğrafi məsafəyə baxmayaraq, Hindistanın Yeni Zelandiya ilə əlaqələrini gücləndirmək istəyini göstərdi. Hər iki tərəfin də göstərdiyi kimi, məsafə, xüsusən də maraqlar üst-üstə düşdükdə, əməkdaşlığa maneə olmamalıdır.

İqtisadi maraqlar bu yenilənmiş əlaqələrin əsas hərəkətverici qüvvəsidir. İkitərəfli ticarət təxminən 2,4 milyard ABŞ dolları səviyyəsində təvazökar qalsa da, 2026-cı ilin aprelində imzalanmış və təsdiqlənməsini gözləyən Hindistan-Yeni Zelandiya Azad Ticarət Sazişi daha geniş iqtisadi əməkdaşlığın açılmasını hədəfləyir. Yeni Zelandiya alma, kivi və Manuka balı kimi məhsullar üçün Hindistan bazarına daha yaxşı çıxış yolu axtarır, Hindistan isə kiçik fermerləri qorumaq üçün süd sektorunu qorumağa davam edir.

Ticarətdən əlavə, saziş kənd təsərrüfatı, qida texnologiyası və bacarıqların mobilliyi sahələrində əməkdaşlığı genişləndirir, o cümlədən Kənd Təsərrüfatı Məhsuldarlığı Tərəfdaşlığı çərçivəsində Kivi Fəaliyyət Planı və hər il 5000 ixtisaslı hind işçisinin Yeni Zelandiyada işləməsi üçün bir yol. Miqrasiya müddəaları daxili müzakirələrə səbəb olsa da, daha geniş iqtisadi gündəm iddialıdır, Yeni Zelandiya 15 il ərzində Hindistana 20 milyard ABŞ dolları investisiya qoymağı və hər iki tərəf ikitərəfli ticarəti 7 milyard Yeni Zelandiya dollarına (təxminən 4 milyard ABŞ dolları) çatdırmağı hədəfləyir.

İkinci əsaslandırma diaspora ilə əlaqə və insanların əlaqə qurması ilə bağlıdır. Diaspora ilə əlaqə Modi hökumətinin xarici siyasətinin təkrarlanan bir aləti olub və təxminən 300.000 hindli və hind mənşəli şəxsin yaşadığı Yeni Zelandiya onun yerləşdirilməsi üçün təbii bir seçim idi. Xüsusilə, Modinin səfəri, bu yaxınlarda bağlanmış mobillik müddəalarından sonra Yeni Zelandiyada hind miqrasiyası ilə bağlı daxili narahatlıq fonunda baş tutdu. Yeni Zelandiyanın siyasi müzakirələrində multikulturalizmə və müxtəlifliyə əhəmiyyətli dərəcədə diqqət yetirildiyi və hind diasporunun artan seçki əhəmiyyəti nəzərə alınmaqla, bu cür qarşıdurma siyasətçilər üçün əhəmiyyətsiz siyasi xərclər daşıyır. Modinin səfəri, ən azı qismən, bu narazılığı azaltmaq cəhdi kimi qəbul edilə bilər. Onun icma qarşısındakı çıxışında iştirak edən və coşğulu bir qəbulun xəbərləri və görüntüləri onun Yeni Zelandiyadakı diaspora arasında mövqeyinin əsasən dəyişməz qaldığını göstərir.

Berlin narahatdır

Avropa Çin mallarına qarşı mübarizəsini davam etdirir. Avropa Komissiyası Çindən minik və yüngül yük maşınları və avtobuslar üçün təkərlərin idxalına antidempinq rüsumları tətbiq etdiyini bildirib. Komissiya bildirib ki, Çindən minik və yüngül yük maşınları üçün təkərlərin idxalı AB-yə dempinq qiymətləri ilə daxil olurdu. Bu, isə Avropa İttifaqı ölkələrində 80 mindən çox insanın çalışdığı sənayesinə zərər vurur.

Avropa iqtisadiyyatının lokomotivi sayılan Almaniya da mövcud durumdan narahatdır. “The World Street Journal” qəzetinin məlumatına görə, Almaniya Çini təhciz etdiyindən bu ölkədən daha çox yüksək texnologiyalı məhsul idxal etməyə başlayıb. Bazar payını itirən və işçi heyətini ixtisar etməyə məcbur olan Almaniya bunun günahı Çinin iqtisadi siyasətində görür. Çin Almaniya sənayesinə təzyiqi artırmaqda davam edir. Çin və Alman istehsalçıları arasındakı keyfiyyət fərqi azalıb, Çində oxşar məhsullar isə qiymətin yarısı qədərdir. Alman şirkətləri iş yerlərini ixtisar etməyə və istehsalın bir hissəsini Çinə köçürməyə məcburdurlar. Nəşrin yazdığına görə, Almaniya sənayesi ayda 10.000-dən çox iş yerini itirir. Bundan əlavə, ölkədə sənaye istehsalı 2022-ci ilin fevral ayı ilə 2026-cı ilin əvvəlləri arasında təxminən 10 faiz azalıb.

Məsələ burasındadır ki, Çinin “10.000 kiçik nəhəng” proqramı mövcuddur. Dövlət bu proqram vasitəsilə ixtisaslaşmış orta ölçülü şirkətləri ardıcıl olaraq inkişaf etdirib. Bunun nəticəsində Çinin Almaniyaya ixracı bu il əvvəlki ilə nisbətən 17 faiz artıb. Avropanın digər dövlət olan Niderland da mövcud vəziyyətdən narahatdır. Niderland  Hollandiya ABŞ-ın gördüyü tədbirlərə bənzər şəkildə Avropa Birliyi daxilində Pekinə qarşı iqtisadi təsir vasitələrinin yaradılmasını təklif edib.

Bu arada, Alamniya ilə Çin arasında siyasi müstəvidə də gərginlik yaşanıb. Qərb mətbuatında Çinin Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya hərbçilərinin bir hissəsi üçün təlimlər keçdiyi yazılıb. Berlin bu məsələyə aydınlıq gətirmək üçün Çinin Almaniyadakı səfirini Xarici İşlər Nazirliyinə dəvət edib. Berlin bu işbirliyinin Ukrayna ilə yanaşı Almankya üçün də təhdid olduğuna inanır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Çinə qarşı ittihamları absurd və yalan adlandırıb. O, bildirib ki, Moskva Qərb ölkələrinin və Avropa Birliyinin Rusiya ilə Çin arasındakı dostluq münasibətlərini pozmaq üçün bu cür informasiya təxribatlarından istifadə etmək cəhdlərini pisləyir. Buna baxmayaraq, Qərb ölkələrində belə bir inam var ki, Çin Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığını genişləndirib.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1573384
azAZ