“The New York Times” nəşrində Çinin ABŞ ştatlarındakı seçkilərə müdaxiləsi barədə məqalə yayımlanıb. Çin ABŞ-da prezident seçkilərinə təsir etməyə çalışırdı, hər hansı namizədin xeyrinə maliyyə vəsaiti köçürürdü. Çin hazırda ABŞ-da konqresmen və bələdiyyə seçkilərinə də diqqəti artırıb. Pekin ABŞ-da yaşayan çinlilər vasitəsilə seçkilərin nəticələrinə təsir etməyə çalışır.
“The New York Times” qəzetində yayımlanan məqalədə Nyu-Yorkda təxminən 600 min çinlinin yaşadığını bildirib. Nyu-Yorkun bələdiyyə başçısı seçilmək üçün bu şəhərdə yaşayan çinlilərin səsini qazanmaq lazımdır. Qəzetin iddiasına görə, həmin çinlilər Çinin Nyu-Yorkdakı konussluğundan təlimat alırlar. Misal üçün Nyu-Yorkda yaşayan çinlilər Çinin siyasətini tənqid edən namizədin Konqresə seçilməsinə əngəl olublar. Başqa bir namizəd Tayvana səfər etdiyi üçün Konqresə seçilə bilmədi. Çinlilərin ABŞ-da müxtəlif təşkilatları var. ABŞ-da yaşayan çinlilər əvvəllər Kommunist Partiyasını tənqid edirdilər. Ancaq son illərdə ABŞ-da yaşayan çinlilərin əksəriyyəti Pekinin siyasətini dəstəkləməyə başlayıb. Bu isə ABŞ siyasi dairələrini narahat edir.
Çinin Nyu-Yorkdakı konsulluğu bu şəhərdə yaşayan çinlilərlə sıx əlaqələr qurub. Konsulluq Tayvanı dəstəkləyən və Çində insan haqları pozuntularından danışan çinliləri hədələyir. ABŞ-da yaşayan çinlilərin Çində qohumları yaşayır. Ona görə də ABŞ-da yaşayan çinlilər qohumlarına görə narahatdırlar. Pekin ABŞ-dakı çinlilər arasında dissident hərəkatını yox etməyə çalışır. Pekin ABŞ-dakı bəzi çinliləri fəallaşdırmağa çalışır ki, onlar ABŞ-da müxtəlif seçkilərdə iştirak etsinlər. ABŞ Federal Kəşfiyyat Xidməti 2023-cü ildə çinlilərin “America Changle Association” təşkilatının rəhbərlərini həbs edib. Bu təşkilatın rəhbərləri ABŞ-da yaşayan çinlilər barədə məlumat toplayırdı. Federal Kəşfiyyat Xidməti Nyu-York şəhərinin keşmiş qubernatorunun kpməkçisi Keti Hokula qarşı cinayət işi açdı O çinlilərin iki təşkilatından təlimatlar alırdı.