“Reuters” agentliyinin xəbərinə görə, Avropa İttifaqı Çinin neft email zavodlarına qarşı sanksiya həyata keçirməyi planlaşdırır. Avropa Komissiyası Rusiyadan neft alan Çin neft emalı zavodlarına qarşı sanksiya qərarı verməyə hazırlaşır. Bu qərar Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin siyahısına daxil ediləcək. Sanksiya siyahısında Rusiyanın Qərb məhdudiyyətlərindən yan keçməsinə kömək edən üçüncü ölkələrdən olan şirkətlər yer alacaq. Bu siyahıda böyük şirkətlərdən tutmuş vasitəçi şirkətlərə qədər müəssisələr yer alacaq.
Avropa İttifaqı bununla Rusiyaya qarşı sanskiyaları gücləndirməyi planlaşdırır. Bu baxımdan Çin neft emalı zavodlarının hədəfə alınması, Rusiyanın enerji ixracının əsas alıcılarından birinə qarşı atılan mühüm addım kimi qiymətləndirilir. Bu, həmçinin, Avropa İttifaqının sanksiyaların təsirini genişləndirmək və onları pozan tərəfləri cəzalandırmaq qətiyyətinin göstəricisidir.
Pekin Avropa İttifaqının qərarından narazıdır. Pekindən yayımlanan açıqlamada bildirilib ki, Şimali Atlantika Alyansı ölkələri ABŞ-ın təzyiqi altında Rusiya mənşəli neft almaq bəhanəsi ilə Çinə rüsumlar tətbiq etməyə çalışsalar, Çin qəti cavab verəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bildirib. “Çinin Rusiya da daxil olmaqla dünya ölkələri ilə ticarət-iqtisadi və enerji əməkdaşlığı qanunidir və heç bir şikayət vermir. Çinin qanuni hüquq və maraqları pozularsa, biz qətiyyətli cavab tədbirləri görəcək, suverenliyimizi və təhlükəsizliyimizi qətiyyətlə qoruyacağıq”, – diplomat vurğulayıb.
Lin Jian qeyd edib ki, Avropa İttifaqına təzyiq göstərməyə çalışan ABŞ-ın siyasəti “birtərəfli hədə-qorxu və iqtisadi zorlamanın tipik nümunəsidir”. O, qeyd edib ki, bu cür hərəkətləri ilə Vaşinqton beynəlxalq ticarət qaydalarını “ciddi şəkildə pozur”. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ukraynada münaqişə başlayandan Pekinin obyektiv və qərəzsiz mövqe tutduğunu, böhranın tezliklə həllinə tərəfdar olduğunu bir daha vurğulayıb. Sentyabrın 13-də ABŞ prezidenti Donald Tramp NATO ölkələrini Ukrayna münaqişəsinə görə Çindən gələn mallara 50 və ya 100 faizlik gömrük rüsumları tətbiq etməyə, sonra isə nizamlanmadan dərhal sonra onları qaldırmağa çağırıb.
Avropa İttifaqı ABŞ-ın təzyiqi altındadır. Avropa İttifaqı ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsini istəyir. Ancaq bunun üçün ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrinin Çinə qarşı sanksiyalar tətbiq etməsini istəyib.