“Bədr müqaviləsi” ABŞ-dan asılılığı azaltmalıdır

Pakistan, Türkiyə, Qətər və İndoneziya arasında oktyabrın 21-də Dohada müdafiə memorandumu imzalanıb. Sənədə imza atan ölkələr müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməyi hədəfləyiblər.  Memorandumun məqsədi dörd ölkə arasında müdafiə istehsalı, texnologiya və təlim sahələrində əməkdaşlığı dərinləşdirməkdir. Razlaşma çərçivəsində əsasən müdafiə məhsullarının istehsalı sahələrində daha sıx əməkdaşlıq nəzərdə tutulub. Bu çərçivəyə birgə tədqiqat layihələri, müdafiə komponentlərinin istehsalı, texniki təlim və mühəndislik təcrübəsinin mübadiləsi daxildir. Tərəflər birgə hazırlanan məhsulları hər ölkənin tələblərinə uyğunlaşdırmağı və beynəlxalq bazarlarda satışını həyata keçirməyi də planlaşdırırlar.

Memorandumu imzalayan 4 ölkə arasında hərbi-texniki istehsal sahəsində Türkiyə və Pakistan irəlidədirlər. Türkiyə son 20 ildə hərbi sənaye kompleksini xeyli inkişaf etdirib. Bu sıraya modern pilotsuz uçuş aparatlarından tutmuş  hərbi gəmilər, zirehli texnika və döyüş təyyarələri istehsalına qədər sahələr aiddir. Türkiyə 2012-ci ildən 2026-cı ilin ilk doqquz ayınadək təxminən 54 milyard dollarlıq müdafiə və aerokosmik məhsul ixrac edib. Bu məbləğin 30 milyard dollardan çoxu 2023–2026-cı illərdə qeydə alınıb və 14 illik dövr üzrə ixracın 55 faizindən çoxunu təşkil edib.

Böyük maliyyə imkanlarına malik olan Qətər son illərdə məhz Türkiyənin hərbi texnikasına üstünlük verir. İndoneziya Türkiyənin “Atmaca” gəmi əleyhinə raketlərinin tədarükünü və birgə istehsalını da planlaşdırır. Pakistan isə Çinin dəstəyi hesabına hərbi istehsalını modernləşdirə bilib. Qətər və İndoneziya “Bədr müqaviləsi”nə imza atmaqla Türkiyə və Pakistanın hərbi-texniki inkişafından daha çox faydalanmağa üstünlük verirlər.

“Bədr müqaviləsi”nin əsas məqsədlərindən biri sənədə imza atan ölkələrin ABŞ-ın hərbi texnikasından asılılığı azaltmaqdır. “Bədr müqaviləsi”nə imza atan dövlətlərin hər biri keçmişdə ABŞ-dan müxtəlif növ hərbi texnika alıblar və bu proses uzun illər davam edib. Ancaq bu işbirliyi getdikcə çətinləşib. Çünki ABŞ-dan modern hərbi texnika almaq üçün yalnız bu ölkənin Prezidentinin və Pentaqonun razılığı kifayət etmir. Konqres istənilən dövlətə hərbi texnika satışını əngəlləyə bilər. Misal üçün Türkiyə pulunu ödədiyi F-35 hərbi təyyarələrini ABŞ-dan ala bilmir. ABŞ Prezidenti Donald Tramp satışa qarşı çıxmasa da, bunun həlli ondan asılı olan məsələ deyil. Demokratlar Partiyasının Konqresə keçirilən ara seçkilərdə qələbə qazanması, Nümayəndələr Palatasıyla Senata nəzarəti ələ keçirməsi Türkiyənin, Pakistanın və digər dövlətlərin ABŞ-dan modern hərbi texnika alışını daha da çətinləşdirib. Bu səbəbdən “Bədr müqaviləsi”nə imza atan ölkələr ABŞ-a ehtiyac duymadan öz aralarında hərbi-texnika istehsalını genişləndirməyə, bunun üçün zəruri addımları atmağa qərar veriblər. Ümumiyyətlə Məkkə və Bədr müqavilələri ABŞ-ın bölgədə hegemoniyasının azalmasını əks etdirir. Bölgədə bir-birinə tərəfdaş olan ölkələrin hərbi-texniki sahədə əməkdaşılqalrını şaxələndirməyə ehtiyaclar duyurlar. “Məkkə Sazişin” və “Bədr müqaviləsi”nə yeni dövlətlər qoşularsa, bu ABŞ-ın Avrasiya bölgəsində mövqelərinin zəifləməsinə şərait yaradacaq.

Azərbaycan nə “Məkkə Sazişi” və “Bədr müqaviləsi”nə qoşulub. Azərbaycan hərbi texniki istehsalda ikitərəfli əlaqələrə üstünlük verir.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 273
Bugun 273
Umumi 2077271
azAZ