Çin bölgədə hərbi gücünü artırıb. Çinin Hind və Sakit Okeanda hərbi gəmilərinin sayı artıb. Çinin raket qüvvələri də nüvə başlıqlarının sayı artıb. Çinin hərbi təyyarələrinin uçuşları bölgəyə nəzarət imkanları yaradıb. Çinin əsas məqsədi Tayvan adasını ələ keçirməkdir. Çin bu məqsədlə ada ətrafında hərbi gücünü artırıb.
Buna baxmayaraq, “The New York Times” nəşri Çin ordusunda vəziyyətin gərgin olduğunu yazıb. Misal üçün Çinin hərbi qüvvələri komandanlığında mövcud olan 7 yerin 3-nün boş qaldığı bildirilib. Həmin qüvvələrə komandanlıq edənlər barədə ya xəbər yoxdur, ya da onlar həbs olunublar. Hərbi qərargah rəisinin müavini, general Xe Veydun vəzifəsindən kənarlaşdırılıb. Orduda siyasi işə başçılıq edən Myao Xua da vəzifəsindən kənarlaşdırılıb.
Çində generalları niyə həbs edirlər? Qərb ekspertləri bunu korrupsiya ilə əlaqələndirirlər. Çinin maliyyə imkanları artıb və orduya böyük pullar ayrılıb. Bəzi generallar bu pullardan şəxsi məqsədləri üçün istifadə edirlər. Buna görə də korrupsiya ilə əlaqələi olan generalları həbs ediblər.
ABŞ hərbi eksperti Eli Ratnerin sözlərinə görə, Çin rəhbərliyi orduda ciddi yoxlamalara başlayıb. Onun sözlərinə görə, yoxlamalar birbaşa Çin lideri Si Cinpinin təlimatıyla həyata keçirilir: “Si Cinpin 2027-ci ildə Kommunist Partiyasının növbəti qurultayında yenidən sədr seçilmək istəcəyək. Buna görə də Cinpin generalların onu dəstəkləyəcəyindən əmin olmaq istəyir. Digər tərəfdən Si Cinpin həmin tarixə qədər Tayvan adasını Çinə birləşdirməyə çalışacaq”.