Çinlilər Yaponiyaya səfərlərdən imtina edirlər

Tokio ilə Pekin arasında gərginlik azalmır. Yaponiyanın Baş naziri Sanae Takaiçi parlament müzakirələri zamanı bildirmişdi ki, Tayvan ətrafında baş verə biləcək hərbi böhran “ekzistensial təhdid” olacaq və bu da Yaponiyanı “kollektiv özünümüdafiə hüququnu” işə salmağa məcbur edəcəkr. Bu, Pekinin kəskin narazılığına səbəb oldu. Bununla əlaqədar Çin rəsmiləri Tokioya ciddi iradlarını  bildirdilər. Bu iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb oldu. Pekin Tayvanı Çinin daxili məsələsi hesab edir.

Münasibətləri gərginləşdirən Çinin Yaponiyanın Osaka şəhərindəki baş konsulu Syue Tszyan açıqlaması oldu. O özünün sosial media səhifəsində Yaponiyanın baş nazirini “başının kəsiləcəyi” ilə hədələdi. Baş konsul sonradan bu postunu silsə də, gərginlik azalmadı. Çinin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Yaponiyaya səfərdən çəkinməyə çağırdılar. Belə xəbərlər yayıldı ki, guya Çin vətəndaşları Yaponiyada təhlükəsizlik problemləri ilə üzləşə bilərlər.

Bu arada, Çin və Yaponiyanı birləşdirən 12 hava marşrutu üzrə sərnişinlərə xidmət dayandırılıb. Reysləri ləğv edilmiş istiqamətlər arasında Çindən Yaponiyanın Naqoya, Fukuoka, Sapporo və Osaka şəhərlərinə uçuşlar var. Bir çox istiqamətlərdə ləğv edilmiş reyslərin sayı artır. Məsələn, Tyantszindən Osakanın yaxınlığındakı Kansay aeroportu istiqamətindəki marşrut üzrə planlaşdırılan uçuşların 65%-i, Nankindən Kansaya uçuşların 59.4%-i, Quançjoudan isə 31.3%-i ləğv edilib.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 1130
Bugun 15
Umumi 1385919
azAZ