Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib ki, Çinin casuslarına qarşı mübarizə aparmaq üçün əlavə 600 milyon funt sterlinq lazımdır. Keçən il seçkilərdən sonra başlayan araşdırma, Çinin casusluğunun, Böyük Britaniyanın demokratiyasına müdaxiləsinin və iqtisadiyyatı sarsıtmaq cəhdlərinin son illərdə artdığını göstərib.
Londonon milli təhlükəsizlik strategiyasında Böyük Britaniyanın Çinlə rəftarında “daha möhkəmlik və ardıcıllıq” siyasətinə üstünlük verilməsi lazım bilinib. Buna baxmayaraq, dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə “ticarət və investisiya əlaqələri” arzusu da vurğulanıb. Devid Lemmi eyni zamanda Çini açıq şəkildə “təhdid” adlandırıb.
Böyük Britaniyanın Pekinlə əlaqələrinin miqyasını araşdıran “Çin auditi” hökumətin risklərə qarşı “davamlılığı” artırarkən Asiyanın iqtisadi supergücü ilə əlaqə qurma qabiliyyətini artırmağı tövsiyə edib. Britaniya kəşfiyyat büdcəsini 600 milyon funt-sterlinq artıracaq. Devid Lemmi həmçinin millət vəkillərinə bildirib ki, son on ildə Çin qlobal iqtisadi artımın üçdə birini təmin edərək dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilib. Böyük Britaniyanın isə üçüncü ən böyük ticarət tərəfdaşı olan Çinə bağlı Honq Konqdur. “Çinin gücü qaçılmaz faktdır” – deyən Lemmi auditin “mürəkkəb mənzərə” yaratdığını söyləyib: “Böyük Britaniyanın Çinə yanaşması dünyanı bizim istədiyimiz kimi deyil, olduğu kimi götürərək mütərəqqi realizmə əsaslanacaq”.
Çin mövzusunda Böyük Britaniya hökumətində fikir ayrılığı yoxdur. Auditin nəticələrinin xülasəsi, o cümlədən kollec və universitetlər üçün təlimatlar da daxil olmaqla, Çinli tələbələrə və həyati əhəmiyyətli maliyyələşmə üçün tərəfdaşlıqlara arxalanan – milli təhlükəsizlik strategiyasında öz əksini tapmışdır: “Hərbi modernləşdirmədən tutmuş iqtisadi, sənaye, elm və texnologiya siyasətini əhatə edən dövlət hakimiyyətinin təsdiqlənməsinə qədər olan Çindən gələn rəqabət problemi Britaniya vətəndaşlarının həyatı üçün potensial olaraq böyük nəticələrə səbəb ola bilər”.