Day: July 24, 2026

Azərbaycanın bu sahəyə marağı artıb

Böyük dövlətlərin nadir torpaq elemenetlərinə sahib olması uğrunda mübarizəsi genişlənib. Smartfonlardan külək turbinalarına qədər bir çox məhsulun istehsalı birbaşa nadir torpaq elementləri ilə bağlıdır. Bura istehlak elektronikası, elektrik nəqliyyat vasitələri, təyyarə mühərrikləri, tibbi avadanlıqlar, o cümlədən raketlər və radar sistemləri də aiddir.

Nadir torpaq elementlərinə sahib olan əsas ölkə Çindir. Bu ölkə qlobal mədən hasilatının təxminən 60 faizini, emal və daimi maqnit istehsalının isə 90 faizini təmin edir. Pekin nadir torpaq metalları üçün hasilat, əritmə və ayırma kvotaları müəyyən edir. Çin 2025-ci ildən başlayaraq nadir torpaq metalları və digər kritik xammalların ixracına məhdudiyyətlər tətbiq edib. Bu qərar Qərb ölkələrinin vəziyyətini mürəkkəbləşdirib və bu əsasən müdafiə sənayesinə mənfi təsir edib. Müdafiə layihələrinin icrasında gecikmələr müşahidə olunmağa başlayıb və xammal qiymətlərində ciddi artım qeydə alınıb. Beynəlxalq Energetika Agentliyinin hesabatına görə, məhdudiyyətlər müxtəlif ölkələrin istehsal sahələrinə trilyonlarla dollar zərərə gətirə bilər. Ona görə də hesabat müəlliflərinin fikrincə, tədarük zəncirlərindəki asılılığı azaltmaq üçün ölkələr arasında strateji əməkdaşlıq gücləndirməli və “yüksək riskli” hesab olunan 11 kritik material üzrə ehtiyat fondları formalaşdırmalıdırlar.

Bu arada, İsveç hökuməti iyulun 23-cümə axşamı günü kritik metalların və nadir torpaq minerallarının hasilatını milli təhlükəsizlik maraqları elan edərək, Çindən asılılığın qarşısını almaq üçün yeni bir mədən strategiyasına ehtiyac olduğunu açıqlayıb. İsveç böyük mineral ehtiyatlara malikdir. Həmin ehtiyatların işlədilməsi və istehsalı sayəsində Avropa İttifaqının nadir torpaq elementləri ilə bağlı Çindən asılılığını azaltmaq mümkündür. İsveç hökuməti hesab edir ki, nadir torpaq elementlərinin istehsalıyla bağlı mədənlərdə işlər başlanarsa, bununla İsveçlə yanaşı Avropa İttifaq, o cümlədən NATO-nun müdafiə qabiliyyətinə mühüm töhvə verilmiş olacaq. Nadir torpaq elementlərinin işlədilməsiylə bağlı İsveçdə yeni yatırım şirkəti qurulacaq. ABŞ və Avropa İttifaqı ölkələri başqa bölgələrdə nadir torpaq elementlərinin işlədilməsi və yatırım qoyulması planlarını hərəkətə gətirməyə çalışır. Bu sırada Afrika və Mərkəzi Asiya ölkələrinin adı çəkilir. Nəticədə Qərb ölkələrinin Çinin nadir torpaq elementlərinin ixracına qoyduğu məhdudiyyətlərə mənfi təsiri azalacaq.

Azərbaycan da bu sahəyə diqqətini artırıb. Şərqi Zəngəzurda nadir və nadir torpaq elementləri ilə zəngin böyük perspektivli sahələr müəyyən edilib. İlkin nəticələr işğaldan azad edilmiş ərazilərdə faydalı qazıntıların axtarışınə şərtləndirir. Bu isə Azərbaycan iqtisadiyyatı üçün yüksək texnologiyalar üçün xammal təminatı baxımından yeni imkanlar açacaq.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1586617
en_USEN