Day: July 29, 2026

İranın hava müdafiə sistemlərinə ehtiyacı var

“Reuters” agentliyinin məlumatına görə, İrandan Çindən hava müdafiə sistemləri alacaq. Söhbət Çindən alınması planlaşdırılan 300-400 ədəd daşınan hava hücumundan müdafiə sistemindən gedir.  Agentliyin məlumatında 70 milyon dollar dəyərində olduğu bildirilən razılaşma çərçivəsində Çinin istehsalı olan QW-12 və FN-16 raket sistemlərinin tədarükü nəzərdə tutulur. Hava müdafiə sistemlərinin ilk partiyasının bir neçə həftə ərzində İrana çatdırılacağı bildirilir.

Çin Xarici İşlər Nazirliyi İrana hava müdafiə sistemlərinin satılmasıyla bağlı “Reuters” agentliyinin məlumatını təkzib edib. Buna baxmayaraq, Qərb ekspertləri belə bir sövdələşmənin mümkün olduğu qənaətindədirlər. Belə bir fikir də var ki, Çin həmin hava müdafiə sistemlərini hava yoluyla deyil, quru yolla çatdırılmasına üstünlük verir. Bu sistemlər ABŞ və İsrailin son hücumlarından sonra İranın zədələnmiş raket, pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə infrastrukturundakı çatışmazlıqları aradan qaldırmaq məqsədi daşıyır.

İranın təcili olaraq hava müdafiə sistemlərinə marağı anlaşılandır. ABŞ və İsrailin zərbələri nəticəsində İranın hava müdafiə sistemləri dağıdılıb. İranın hava müdafiə sistemlərinı bərpa etməsinə ehtiyac var. İran keçmiş illərdə də hava müdafiə sistemlərini Rusiyadan alırdı. Ancaq həmin hava müdafiə sistemlərinin keyfiyyətsiz olduğu müharibə dönəmində anlaşıldı. İran müharibə zamanı ABŞ və İsrailin hərbi təyyarələrini neytrallaşdıra bilmədi. Əksinə, ABŞ və İsrailin zərbələri nəticəsində İranın hava müdafiə sistemləri məhv edildi. Görünür, bundan sonra İran Rusiyanın yerinə Çinin hava müdafiə sistemlərinə üstünlük verib. Ancaq həmin müdafiə sistemləri də İrna fayda verməyə bilər. Çünki, Çinin hava müdafiə sistemləri keçmiş SSRİ-nin və Rusiyanın hava müdafiə sistemlərinə əsasən hazırlanıb. Yəni Rusiyanın hava müdafiə sistemlərindəı hansı qüsurlar varsa, eynisi Çinin hava müdafiə sistemlərinə ola bilər.

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin İrana hərbi texnika satmayacağını bildirmişdi. Ancaq bu mümkün deyil. Çünki, Moskva və Pekin İranın müqavimət gücünün artırılmasında maraqlıdırlar.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1607998
en_USEN