Tehran Vaşinqtonun “Hörmüz boğazının” mühasirəsindən imtina etmədiyi halda İranın boğaza nəzarətdən imtina etməyəcəyini açıqlayıb. Beynəlxalq birlik “Hörmüz boğazı”yla bağlı razılaşmanın yerinə yetirilməsini istəyir. ABŞ-ın boğazın mühasirəsini davam etdirməsi Vaşinqtonun Pekinlə də münasibətləri gərginləşdirə bilər. Çünki, Vaşinqton elan etmişdi ki, İran limanlarından çıxan tankerlərin hərəkətinə imkan verilməyəcək. İrandan “Hörmüz boğazı” üzərindən neft alan əsas ölkə isə Çindir.
ABŞ hərbi gəmilərinin Çinə aid tankerləri yoxlamağa başlaması Pekini qəzəbinə səbəb olacaqdı. Bu vəziyyət ABŞ Prezidenti Donald Trampın mayın ortalarında Çinə planlaşdırılan səfərin yenidən təxirə salınmasına gətirib çıxara bilərdi. Halbuki, bu səfər çoxdan razılaşdırılıb və Çin lideri Si Cinpin bu səfər vasitəsilə ABŞ Prezidenti Donald Trampla iki ölkə arasında iqtisadi oyun qaydalarını müəyyənləşdirmək istəyir.
ABŞ-ın “Hörmüz boğazı”nı uzun müddət mühasirədə saxlaması Çini Tayvan məsələsini eyni yolla həllinə həvəsləndirə bilərdi. Çin eyni ilə ABŞ kimi Tayvan adasına yaxınlaşan ticarət gəmilərini yoxlamaq barədə düşünə bilər. Pekinin arqumenti bu ola bilər ki, Çinə aid olan Tayvana üçüncü ölkələrin hərbi texnikasının daşınmasını qarşısını almaq istəyir.
Pekinin Rusiya-Ukrayna müharibəsindən və Yaxın Şərqdə gərgin vəziyyətdən istifadə edərək Tayvanı hərbi yolla Çinə birləşdirmək planı haqqında fikirlər söylənilirdi. Ancaq Pekin adanı hərbi yolla ələ keirmənin risklərini hesablamaq məcburiyyətindədir. Adanın hərbi yolla nəzarətə götürülməsi ABŞ-ın Çinə qarşı daha sərt sanksiyaların qəbuluna həvəsləndirəcək. Bundan başqa ada ətrafında iki böyük dövlətin toqquşması ehitmalı da arta bilər. Digət tərəfdən yarımkeçiricilərin istehsalına görə dünya lideri olan Tayvanın nəzarətə götürülməsi Çinin yüksək texnologiyalar sahəsindəki rəqiblərini əzməsi anlamına gələcək ki, ABŞ buna yol verə bilməz. Yəni Tayvanın hərbi yolla ələ kekirilməsi dünyada ticarət müharibələrini alovlandıracaq. Bu isə Çinin özünə də lazım deyil. Bu səbəbdən Pekin Tayvanı hərbi yolla nəzarətə götürmək planını qeyri-müəyyən müddətə təxirə salıb. Pekin Tayvanla bağlı strategiyasında dəyişiklik edib. Pekin “yumşaq güc” amilinə üstünlek verib. Tayvanın müxalifət liderinin Pekinə dəvət edilməsi və Si Cinpinlə görüşməsi bu siyasətinə tərkib hissəsidir.