Vaşinqton resurlar uğrunda mübarizəyə başlayıb

“Politico” nəşrinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Çinin nadir torpaq elementləri bazarındakı təsirini azaltmaqla bağlı geniş koalisiya yaradıb. Kolasiyanın məqsədi Çinin nadir torpaq elementləri bazarındakı inhisarını azaltmaq, süni intellek və digər texnologiyalardakı üstünlüklərini məhdudlaşdırmaqdır.

Nəşrin məlumatına görə, ABŞ dekabrın 12-də “Pax Silica” adlı deklarasiyanı imzalamağı planlaşdırırdı. Bu deklarasiya Sinqapur, Avstraliya, Yaponiya, Cənubi Koreya və İsraili birləşdirərək əsas mineral resurslara çıxış çatışmazlığının aradan qaldırılması istiqamətində birgə işləməyi nəzərdə tutur. Tramp komandasının daha sonra bu təşəbbüsə daha çox ölkəni qoşmaq niyyətində olduğu bildirilir.

“Bu, iqtisadi təhlükəsizlik sahəsində koalisiya xarakterli sənaye siyasətidir və irəliləyiş sayılır, çünki hazırda süni intellekt iqtisadiyyatını və bu sahədə Çinlə rəqabətimizi birlikdə müzakirə edə biləcəyimiz heç bir platforma mövcud deyil”, – deyə ABŞ-nin iqtisadi inkişaf, enerji və ətraf mühit məsələləri üzrə dövlət katibinin müavini Cekob Helberq bildirib.

Onun sözlərinə görə, koalisiya, həmçinin Çinin “Bir kəmər-bir yol” təşəbbüsünü faktiki olaraq bloklamağa yönəlib və bununla da Çinin limanları, əsas avtomagistralları, nəqliyyat və logistika dəhlizlərini satın almaq imkanını əlindən almağı hədəfləyir.

Bildirilib ki, deklarasiyanın imzalanması “Pax Silica” adlı birgünlük sammitə start verəcək. Sammitdə Avropa İttifaqı (Aİ), Kanada, Niderland və BƏƏ nümayəndələrinin də iştirak edəcəyi bildirilir. Görüş zamanı mineral ehtiyatların hasilatı, emalı və logistika sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı planlaşdırılır.

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 993
Today is 16
Umumi 1389206
en_USEN