İsrailin tərəfdaşları da BMT bəyannaməsinə səs veriblər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib. 142 ölkə bəyannamənin lehinə, 10 ölkə əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb. Sənəddə, həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənilir. Yeddi səhifəlik bəyannamə Səudiyyə Ərəbistanı və Fransanın təşkilatçılığı ilə ötən ilin iyul ayında BMT-də keçirilən beynəlxalq konfransın nəticəsidir.

Sənədin lehinə səs verən ölkələr arasında İsraillə tərəfdaş olan ölkələr də var. Misal üçün Azərbaycan İsraillə tərəfdaş münasibətlərə malikdir. Buna baxmayaraq, Azərbaycan da digər dövlətlər kimi bölgədə iki – İsrail və Fələstin dövlətin olması prinsipini dəstəkləyir. Bu BMT-nin qətnamələrində də yer alıb. BMT Baş Assambleyasında Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlətli həllin həyata keçirilməsinə dair “Nyu York Bəyannaməsi”ni təsdiq edən qətnamənin lehinə səs verən ölkələr arasında Hindistan da var. Hindistan da Azərbaycan kimi İsraillə tərəfdaşlıq münasibətlərə malikdir. Buna baxmayaraq, Hindistan “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin həyata keçirilməsinə dair Nyu-York Bəyannaməsinin təsdiqi” adlı tədbiri dəstəkləyən 142 ölkə arasında olub. Bütün Körfəz ərəb ölkələri də bunu dəstəklədi, İsrail, ABŞ, Argentina, Macarıstan, Mikroneziya, Nauru, Palau, Papua Yeni Qvineya, Paraqvay və Tonqa da əleyhinə səs veriblər.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 1488
Bugun 6
Umumi 1387301
azAZ