Mineralların ixracı məhdudlaşıb

Hindistan hakimiyyəti Çindən tədarükün azalması fonunda nadir torpaq maqnitlərinin istehsalını artırmaq niyyətindədir. Bu barədə Hindistanın mədən naziri Kişan Reddi iyul ayında açıqlama vermişdi. Onun sözlərinə görə, Hindistan Heydərabadda nadir torpaq maqnitləri istehsal etmək qərarına gəlib. Nazir bildirmişdi ki, hazırda ölkədə nadir torpaq maqnitlərinin istehsalı üçün zəruri olan avadanlığın yaradılması üzərində fəal iş aparılır. O əlavə etmişdi ki, bu, bir neçə ay çəkəcək. “Biz nadir torpaq daimi maqnitləri üçün Çindən 100% asılı idik, lakin bu yaxınlarda Çin bu materialları bizə verməkdən imtina etdi” deyən Reddi diqqəti Hindistanın resurslarına yönəltdiklərini söyləmişdi.

Hindistan firmaları, Çinin tədarük sıxıntısından sonra ölkədə nadir torpaq maqnitləri və kritik mineralların tədarükünü yaxşılaşdırmaq üçün Rusiya qurumları ilə əlaqələrin mümkünlüyünü araşdırır.

Çin hökuməti nadir torpaq metalları və onlarla bağlı məhsulların ixracına nəzarət tədbirləri tətbiq etdiyini bəyanat etmişdi. Bu barədə Çinin Ticarət Nazirliyi məlumat yaymışdı. Pekin bu addımı “sülhün və regional sabitliyin qorunması məqsədilə” atdığını bəyan etmişdi. Halbuki, bu Çinlə bu sahədə əməkdaşlıq edən dövlətlərə problemlər yaradıb. Çin Ticarət Nazirliyin açıqlamasında vurğulanırdı ki, bu cür xammal və məhsullar tez-tez hərbi sahədə istifadə olunur, halbuki qlobal vəziyyət hələ də qeyri-sabit olaraq qalır. Yeni ixrac məhdudiyyətləri 8 noyabrdan qüvvəyə minəcək.

Nadir torpaq elementləri elektrik nəqliyyat vasitələri, hərbi radarlar və süni intellekt çipləri kimi müasir texnologiyaların istehsalında əsas rol oynayır. Çin, bu elementlərin qlobal emalının 90 faizdən çoxunu təmin edir və bu sahədə lider mövqedədir.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 539
Bugun 5
Umumi 1385804
azAZ