Müharibə hansı dövlətlərə sərf edir?

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə son görüşündən danışarkən, Azərbaycan–Ermənistan münasibətlərinin yumşaldılmasında öz vasitəçilik rolunu xüsusi vurğulayıb. Tramp bildirib ki, regiondakı sülh prosesinin irəliləməsi onun şəxsən apardığı danışıqlarla mümkün olub: “Biz razılaşma əldə etməliyik – mən vaxtımı boş yerə sərf etmirəm. Mən bunu Yaxın Şərqdə sülhdən əvvəl həll etməyin mümkün olduğunu düşünürdüm. Azərbaycanla Ermənistan məsələsi çox çətin idi”. Tramp bildirib ki, bu gün Bakı ilə İrəvan arasında davam edən siyasi dialoq, sərhədlərin administrativ şəkildə müəyyənləşdirilməsi və kommunikasiya xəttindəki real yumşalma Vaşinqtonun vasitəçilik səylərinin nəticəsidir.

Bu arada, ABŞ-ın “Lukoyl” və “Rosneft”ə qarşı tətbiq etdiyi sanksiyalardan sonra Hindistanın ən iri neft alıcısı “Reliance Industries” Rusiya neftindən imtina etməyə başlayıb. “Bloomberg” yazır ki, şirkət artıq xammalı İraq, Qətər, Səudiyyə Ərəbistanı və ABŞ-dan almağa başlayıb. Ticarət mənbələrinin məlumatına görə, söhbət Basrah Medium, Al-Shaheen, Khafji və West Texas Intermediate markalı neft növlərindən gedir. “Reliance”ın yeni tədarükləri 2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı üçün planlaşdırılıb. Agentlik qeyd edir ki, şirkət oktyabrda spot bazarda azı 10 milyon barel neft alıb və bu alışların əksəriyyəti Yaxın Şərq mənşəli xammaldır. Mənbələr bildirirlər ki, digər Hindistan neft emalı zavodları da artıq ABŞ və Braziliyadan alternativ tədarüklər axtarır. Ekspertlərin fikrincə, bu tendensiya Rusiya neftinin Asiya bazarlarında payının azalmasına və Moskvanın enerji gəlirlərinə növbəti zərbəyə səbəb ola bilər.

Britaniyanın The Telegraph qəzeti yazır ki, Kreml daxilində artan gərginlik və zəiflik hissi Putində çevriliş qorxusunu daha da gücləndirib. Mənbələrə görə, ölkə rəhbərliyində daxili qiyam ehtimalı artıq Putin üçün obsessiyaya çevrilib. Qəzetin məlumatına görə, FSB artıq Rusiya Antimüharibə Komitəsinin üzvlərini hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham edib. Ekspertlər bunu “Kreml paranoyasının yeni dalğası” kimi qiymətləndirirlər. ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbşt bildirib ki, “Putin rejimini möhkəmləndirmək üçün düşmən axtarır.” Analitiklər qeyd edirlər ki, hakimiyyət hazırda müxalifəti gözdən salmağa, ölkə daxilindəki problemlərin günahını isə Qərbin üzərinə atmağa çalışır — bu isə əhalinin diqqətini artan sosial və iqtisadi böhrandan yayındırmaq məqsədi daşıyır.

Məqalədə vurğulanır ki, Rusiya iqtisadiyyatı getdikcə daha çox Çindən asılı vəziyyətə düşür. “Əgər Si Cinpin istəsə, həm müharibəni dayandıra, həm də Rusiyanın iqtisadiyyatını çökdürə bilər,” — deyə qəzet qeyd edir. Məsələ burasındadır ki, Çin lideri müharibəni dayandırmaq istəmir.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 1225
Bugun 4
Umumi 1387109
azAZ