Özbəkistanda narazılıq var

Özbəkistanda Çin sərmayələrinin torpaqların, yaşayış vasitələrinin və suverenliyin itirilməsinə səbəb ola biləcəyindən ehtiyatlan;rlar. Çinin artan iqtisadi iştirakı xarici borc, yerli biznes, iqtisadi asılılıq və özbək mədəniyyətinin qorunub saxlanması ilə bağlı köklü narahatlıqlara səbəb olub. Bir çox fermerlər borc tələsinə düşmək və sonradan suverenliyin itirilməsi ehtimalından qorxduqları kimi, artıq bir neçə fermer öz torpaqlarını Çin layihələrində itirib.

Sosial şəbəkələrdə Çinin Özbəkistanı necə nəzarət altına alması ilə bağlı qızğın müzakirələr və mübahisələr gedir. Daşkənddəki Beynəlxalq Vestminster Universitetinin Siyasət Araşdırmaları və Təşviq Mərkəzinin direktoru Bekzod Zakirov bildirib ki, son həftələrdə Özbəkistanda, xüsusən də sosial mediada Çinə qarşı hisslər nəzərəçarpacaq dərəcədə artıb. “Bəzi insanlar Çin sərmayələrinin iqtisadi suverenliyini və mədəni identikliyini itirməsinə səbəb ola biləcəyindən qorxurlar”, – Zakirov bildirib.

Özbəklər öz ölkələrində yaşayan çinlilərin yerli qanunlara məhəl qoymadıqlarını və qeyri-qanuni fəaliyyətlə məşğul olmalarından narazılıqlarını ifadə ediblər. Fermerlər, dövlət tərəfindən dəstəklənən inkişaf adı altında münbit torpaqlarını Çin bizneslərinə təhvil vermələrinin istəndiyini iddia ediblər. Onlar Çinin “Kəmər və Yol” Təşəbbüsünün (BRI) genişləndirilməsi üçün böyük ərazilər əldə etmək planlarına müqavimət göstərdikləri üçün hədələndiklərini bildiriblər. “Məlum oldu ki, çinlilər mənim torpağımı çox bəyənirlər; onlar da torpağı başqa fermerlərdən almaq istəyirlər. Bizi ən çox narahat edən odur ki, onlar sonradan ölkəmizi ələ keçirə və Sincandakı uyğurlara etdiklərini bizə də edə bilərlər”, – Əndican bölgəsindən olan fermerlərdən biri deyib. Fermerlərin torpaqlarını Çin şirkətləri üçün təhvil verməklə hədələdiyi videoları sosial mediada yayılıb, qızğın müzakirələrə və Pekinə qarşı qəzəb doğurub. Bu il Çin şirkətlərinə torpaq təklif etmək üçün Özbəkistanda 1800 hektar ərazi fermerlərdən zorla alınıb. 2024-cü ildə 2200 hektar münbit torpaq fermerlərdən alınaraq Çinin “Tian Ye Plastik” özəl müəssisəsinə verilib. “Çünki torpaqların çinlilərə verilməsi səbəbindən ərazimizdə bir çox ailələr işsiz qalıb və yeganə gəlir mənbəyindən məhrum olublar. Bizi ən çox narahat edən odur ki, onlar sonradan ölkəmizi ələ keçirə və Sincandakı uyğurlarla eyni rəftar edə bilsinlər” dedi fermerlərdən biri.

Qazaxıstanda yerləşən “Central Asia Barometer” analitik mərkəzinin apardığı sorğuya görə, Çini əlverişli hesab edən insanlar 2017-ci ildəki 73 faizdən 2021-ci ildə 44 faizə düşüb. Central Asia Barometer-in son sorğusuna görə, “2022-ci ilin payızından bəri Özbəkistanda torpaqların alınması qorxusu artıb və respondentlərin 75 faizindən çoxu hazırda Çinin torpaq almasından narahatdır”.

Çin şirkətləri günəş, biokütlə və külək enerjisi istehsalı layihələrinə böyük sərmayələr qoyduqları üçün Çin artıq Özbəkistanda enerji sektoruna daxil olub. İndi o, Özbəkistanda mis və gümüş hasilatı və emalı biznesini kəşf etməyə çalışır ki, bu da çinli işçilərin axınının artmasına səbəb olub. Nazarbayev Universitetinin köməkçi professoru Jessica Neafie, “Özbəkistandan olanlar ölkədəki Çin investisiya layihələrində işləmək üçün Çin işçilərinə qarşı artan müqavimət göstərir. Çin texnologiyasına qarşı bəzi fikir ayrılıqları müşahidə edildi. Çin texnologiyasına etimadsızlıq da təhlükəsizliklə bağlı ola bilər”.

Son beş ildə (2019-2024) Çinin Özbəkistana birbaşa investisiyaları təxminən beş dəfə artaraq 13 milyard ABŞ dollarına çatıb və beləliklə, daha yaxşı infrastruktur, daha çox iş yerləri və texnologiyaya çıxış vəd edir. Mərkəzi Asiya Barometrinin elmi işçisi Elizabeth Woods hesab edir ki, bir əsas kreditora həddən artıq güvənmə siyasətinin qəbul edilməsi riski böyük narahatlıq doğurur və bu, Çinə öz maraqlarını həyata keçirmək üçün maliyyə və iqtisadi manipulyasiya rıçaqlarını saxlamağa imkan verə bilər. “Çindən iqtisadi asılılıq Özbəkistanın tarixi beynəlxalq neytrallıq siyasətinə və hər hansı əlavə regional oyunçuların şübhələrinə qəti şəkildə ziddir” dedi.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 1019
Bugun 3
Umumi 1385595
azAZ