Tehran Pekinə üstünlük verir

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranın Yaxın Şərqdəki mövcud münaqişələrin tənzimlənməsi və bölgədə sabitliyin bərpası üçün Çinin diplomatik vasitəçiliyinə cəlb olunmasında maraqlı olduğunu bəyan edib. Qalibaf eyni zamanda İranın Çinlə münasibətlər üzrə xüsusi nümayəndəsidir. Görünür, bu Qalibafla yanaşı İrandakı mühafizəkar qüvvələrin ortaq təklifidir.

Qalibaf misal olaraq Çinin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyini göstərib. Hıqiqətən Çinin vasitəçiliyi ilə 2023-cü ilin martında İran və Səudiyyə Ərəbistanı nümayəndələri Pekində diplomatik əlaqələrin bərpasına razılaşmışdılar. Nəticədə 7 illik fasitlədən sonra iki ölkə diplomatik əlaqələri bərpa etdilər. Ancaq iki ölkə arasında diplomatik münasibətlər bərpa edilsə də, bu gərginliyin tam ortadan qaldırılmasına şərait yaratmayıb. ABŞ-İran müharibəsi zamanı İran İslam Keşikçiləri Korpusu Səudiyyə Ərəbistanı ərazisinə də raket zərbələri endirmişdilər. Bu raket zərbələri ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi məntəqələrini hədəf götürməklə yanaşı neft hasil edən mərkəzlərə zərər vermişdi. Bundan baqşa husilərin Səudiyyə Ərəbistanına raket və dron hücumlarının arxasında da SEPAH dayanır. İrandan maliyyə və hərbi dəstək almadan husilərin davamlı olaraq Səudiyyə Ərəbistanına hücumlar təşkil etməsi mümkün deyil. Digər tərəfdən Çin şirkətlərinin husilərə raket istehsalı üçün ikili təyinatlı komponentlər satması barədə xəbərlər mövcuddur. Çinli diplomatlar bu iddiaları əsassız hesab etsələr də, reallıq fərqlidir. Çin dron və raket istehsalındakı texnologiyalarını tərəfdaş saydığı ölkələrlə bölüşür. Pekinin əsas məqsədi ABŞ-ın Avrasiya bölgədəki hegemonluğunu azaltmaqdır.

Çin İran üzərindən husilərə dron istehsalı üçün komponentlər göndərsə də, Bab əl-Məndəb boğazında sablitiyin tərəfdarıdır. Çünki Səudiyyə Ərəbistanı Çinin ikinci ən böyük xam neft təchizatçısıdır və 2025-ci ildə Çinin ümumi idxalının 14 faizini təşkil edir. Mümkündür ki, məhz bu səbəbdən husilər Bab əl-Məndəb boğazında ticarət gəmilərinin yük daşımalarına mane olmurlar. Halbuki, İran Hörmüz boğazına nəzarəti əlində saxlamağa çalışır.

Beləliklə, Tehran Çinin Yaxın Şərqdəki proseslərdə vasiəçi olmasını istəsə, buna qarşı çıxacaq dövlət yalnız ABŞ-la məhdudlaşmır. Çinlə münasibətlərdə gənginlik yaşayan bölgə dövlətləri də Pekinin Yaxın Şərqdə əsas vasitəçi olmasını istəməzlər. Çünki, Tehranın təklifi reallaşarsa, Çin bölgədə diplomatik fəallıqla yanaşı hərbi iştirakını da təmin etməyə çalışacaq. Bu isə Avrasiya bölgəsinin bir çox dövlətinin maraqlarına cavab vermir.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 249
Bugun 249
Umumi 2082093
azAZ