Texnoloji şirkətlərin Hindistana yatırımları artıb

“Microsoft”un rəhbəri Satya Nadella bildirib ki, korporasiya Hindistana 17,5 milyard dollar yatırım edəcək. Onun sözlərinə görə, bu, “Microsoft”un Asiyadakı ən böyük investisiyasıdır. Vəsait Hindistanda süni intellekt infrastrukturunun inkişafına, bu sahədə mütəxəssislərin təliminə və ixtisasartırmasına yönəldiləcək. “Microsoft” rəhbəri bu bəyanatı Nyu-Dehlidə Hindistanın Baş naziri Narendra Modi ilə şəxsi görüşündən sonra verib.

“Bloomberg” agentliyinin qeyd etdiyi kimi, son zamanlar “Microsoft” müxtəlif ölkələrdə öz əməliyyatlarının inkişafına xüsusilə fəal şəkildə sərmayə yatırır. Noyabr ayında şirkət Portuqaliyada data-mərkəzin tikintisinə 10 milyard dollar investisiya edəcəyini açıqlamışdı. Həmin ay “Microsoft” Birləşmiş Ərəb Əmirlikıərində data-mərkəzlərin yaradılması və əməkdaşların təlimi üçün təxminən 8 milyard dollar ayırmışdı. Sentyabr ayında isə şirkət Böyük Britaniyada Sİ infrastrukturunun inkişafına 30 milyard dollar sərmayə qoyacağını bildirmişdi.

Bu arada, ABŞ-da yerləşən elektron ticarət nəhəngi “Amazon” şirkəti Hindistandakı fəaliyyətini genişləndirmək üçün 2030-cu ilə qədər 35 milyard dollardan çox investisiya qoymaq planını açıqladı. Süni intellekt, logistika infrastrukturu və ixrac potensialının inkişaf etdirilməsinə yönəlmiş bu addım, şirkətin 2010-cu ildən bəri etdiyi 40 milyard dollarlıq investisiyanı tamamlayacaq. “Amazon” həmçinin ölkədə 1 milyon əlavə iş yeri yaratmağı və eyni dövrdə hind satıcılarının ixrac həcmini 80 milyard dollara çatdırmağı hədəfləyir.

Paralel olaraq, Amazon daxilindəki hind satıcılarının ixrac həcminin eyni dövrdə 20 milyard dollardan 80 milyard dollara qədər artacağı proqnozlaşdırılır. Amazon-un bu addımı son zamanlar investisiyalarını Hindistana yönəldən digər böyük ABŞ texnologiya şirkətlərinin strategiyaları ilə uyğun gəlir. “Microsoft” və “Amazon” şirkətləriylə yanaşı “Google” növbəti beş il ərzində  Hindistana 15 milyard dollar investisiya qoyacaq.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 1199
Bugun 9
Umumi 1385198
azAZ