Tokio narazıdır

“Kyodo News” agentliyinin çərşənbə günü verdiyi məlumata görə, Yaponiya hökuməti mümkün qaz yataqlarında qazma işləri ilə bağlı Çinə rəsmi etiraz göndərib. Bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib. “Yaponiya tərəfinin çoxsaylı etirazlarına baxmayaraq, Çin tərəfi bu cür işləri davam etdirir, onlar bizi fakt qarşısında qoyur”, -Nazirlər Kabinetinin baş katibi deyib. O, Pekini bölgədəki təbii qaz yataqlarının birgə işlənməsi ilə bağlı 2008-ci ilin müqaviləsinə qayıtmağa çağırıb.

Etiraz, Yaponiyanın Şərqi Çin dənizindəki Yaponiya-Çin orta xəttindəki Çin sularında qazma gəmisinin olduğunu təsdiqləməsindən sonra, 2 yanvarda verilib. Məlumata görə, Tokio Pekinin yeni qaz yatağı üçün sınaq qazma işləri apardığına inanır. Yaponiya əvvəllər avqust ayında mübahisəli sularda Çin tərəfindən tikilmiş “strukturu” pisləmişdi.

Daha əvvəl Yaponiyanın Sahil Mühafizə Xidmətinin Şərqi Çin dənizindəki şərti demarkasiya xəttinin ÇXR tərəfində Çinin mobil qazma platformalarının mövcudluğunu aşkar etdiyini bildirib. Pekin bu xətti rəsmi olaraq tanımır və onun Yaponiyaya daha da yaxınlaşaraq şərqə doğru daha da çəkilməli olduğunu hesab edir.

Tokio əvvəlki illərdə də bu məsələ ilə bağlı Pekinə etirazını bildirmişdi. 2019-c ildə Yaponiya Şərqi Çin dənizində Yaponiya ilə Çin arasında qaz yataqlarının tədqiqinə görə Çinə etirazını bildirmişdi. Bu barədə Nazirlər Kabinetinin keçmiş baş katibi Yoşohide Suqa ənənəvi mətbuat konfransında məlumat vermişdi. Baş katib qeyd etmişdi ki, Çin tərəfinə etiraz diplomatik kanallar vasitəsilə çatdırılıb. Y.Suqanın bildirdiyinə görə, Yaponiya hökuməti yanvarın sonlarında Çin qazma gəmisinin əvvəlki tədqiqat yerini dəyişərək yeni meydançaya keçməsi barədə dəqiq məlumata malikdir. Orta xəttin Çinə məxsus hissəsinə yaxınlaşan həmin gəmi burada tədqiqat işləri aparıb.

Baş katib Yaponiyanın dəfələrlə etdiyi xahişlərə baxmayaraq, Çin tərəfinin birtərəfli qaydada tədqiqatları davam etdirməsinin çox məyusedici hal olduğunu vurğulamışdı. Y.Suqa qeyd etmişdi ki, Yaponiya və Çin hələ də Şərqi Çin dənizində sərhədləri müəyyənləşdirməyiblər. Baş katib bəyan edib ki, Yaponiya hökuməti Çin tərəfini təbii ehtiyatlarla bağlı danışıqları tezliklə bərpa etməyə çağırmaq niyyətindədir.

Yaponiya və Çin 2008-ci ildə regiondakı qaz yataqlarının birgə istismarı barədə razılığa gəlmişdilər. Həmin müqavilə ilə bağlı danışıqların dalana dirənməsinə baxmayaraq, Çin birtərəfli qaydada orta xətt yaxınlığında tədqiqatları davam etdirir.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 939
Bugun 10
Umumi 1385779
azAZ