Gün: 2 Eylül 2026

Putin yeni sözlər dedi, əvvəlki fikirlərini də təkrarladı…

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına söylədiyi “Siz Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Rusiya Qarabağda qala bilməzdi” fikirini hər dəfə təkrarlamaqla yanaşı Bişkəkdə bu cümləsinə əlavisini də edib. O Qarabağ ermənilərini nəzərdə tutaraq bunları deyib: “İnsanlar sadəcə gedəcəklər vəssalam. Halbuki Prezident Əliyev bu insanlara qarşı heç bir pis iş görməyəcəkdir. O, müasir, intellektual insandır, onların maraqlarını təmin etməyə 100 faiz çalışacaqdı, amma onlar yenə də orada qalmayacaqdılar. Belə də oldu”. Putin bu mövzuda danışarkən, ilk dəfə Ermənistanın hazırkı rəhbərliyinin qərarında müsbət məqamları da vurğulayıb: “Ermənistan hökumətinin qərarında müəyyən müsbət məqamlar da var, çünki bu vəziyyət hər şeyi tam şəkildə ortaya qoyur, səhifəni çevirib artıq heç bir münaqişə, heç nə olmadan irəli getmək, insanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokadadan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, sərhədləri investisiyalar üçün açmaq və sair mümkündür. Əslində, müsbət tərəflər də az deyil”. Nəhayət, Putin Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması qərarının zəruri olduğunu anlayıb.

Putin Paşinyanın manevr imkanlarını genişləndirəcək başqa açıqlama da verib. Rusiya Prezidenti Rusiyanın Ermənistandakı hərbi bazasını zorla orada saxlamayacağına bu ifadə ilə işarə edib: “Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını istəmirsə, Moskva “sabah belə” çıxmağa hazırdır”.

Beləliklə, Rusiya Prezidenti Moskvanın Ermənistana hərbi mövcudluğunu zorla qəbul etdirmək niyyəti olmdığını fikirini də ilk dəfə səsləndirib. Ancaq Putin bu haqda danışarkən, zəruri əlavəsini də unutmayıb: “Rusiya bazasının qalması ilə bağlı qərar Ermənistan tərəfinin və ölkə vətəndaşlarının mövqeyini nəzərə almalıdır”. Görünür, Putin hərbi baza mövzusunda da Ermənistanda referendum keçirilməsinə tərəfdardır. Əlbəttə, Nikol Paşinyan Ermənistanda mövcud vəziyyətdə bu mövzuda referendum keçirərsə, əks nəticə ilə üzləşə bilər. Ermənilərin əksəriyyəti parlament seçkisində Nikol Paşinyana səs versələr də, Rusiyanın hərbi bazasının varlığı mövzusunda fərqli qərar verə bilərlər. Buna baxmayaraq, Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan, o cümlədən Türkiyə ilə sərhədin açılmasına nail oduqdan sonra Nikol Paşinyan Rusiyanın hərbi bazasının varlığı mövzusunda referendum keçirərək müsbət nəticəyə ümid edə bilər. Bu həm Ermənistanın, həm də ümumilikdə Cənubi Qafqazın xeyrinə olar.

Vladimir Putin Bişkəkdə Ermənistanla bağlı yeni fikirlər söyləsə də, Ukrayna ilə müharibə mövzusunda fərqli heç nə demədi. Halbuki, Qazaxıstan Prezidenti Kasım Comərt Tokayevdən sonra Hindistanın baş naziri Narendra Modi də media qarşısında Putinə söylədi ki, müharibəni bitirmək lazımdır. Modi Putinə elə belə də söylədi: “Bizə müharibənin sonu lazımdır, sonsuz müharibə yox… Müharibənin davam etdiyi hər gün bəşəriyyəti bir addım geriyə atır, sülhə doğru atılan hər addım isə real ümid verir. Biz sonsuz müharibədən hərbi əməliyyatların dayandırılmasına keçməliyik. Hindistan Qandinin, Buddanın ölkəsidir və bizim mesajımız bütün problemləri dinc yolla həll etməkdir”.

Vladimir Putin Narendra Modinin bu sözlərinə bir qədər əsəbi şəkildə “biz də məhz bu yolla hərəkət edirik” dedi. Ancaq Putinin məhz bu “yolla” hərəkət etdiyinə dair işarə yoxdur.

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1738145
tr_TRTR