Birgə hərbi təlimlər və Avropanı gözləyən təhlükə

Rusiya və Çinin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Yapon dənizində birgə hərbi təlimləri Tokionun narahatlığına səbəb olub. Rusiya və Çin hər ilin bu vaxtı Yapon dənizində birgə hərbi təlimlər keçirir və bu təlimlər hər dəfəsində Yaponiyanın narahatlığına səbəb olur. Çünki, təlimlər Yapon sahillərinə yaxın ərazilərdə keçirilir.

Rusiya və Çinin hərbi gəmiləri ilə yanaşı iki ölkənin hərbi təyyarələri də təlimlərdə iştirak edib. Yaponiya bu səbəbdən qırıcı təyyarələrini havaya qaldırmaq məcburiyyətində qalıb. Rusiya və Çinin hərbi təyyarələri Yaponiyanın Sikoku adasına yaxınlaşıblar. Rusiya-Çin birgə hərbi təlimləri Yaponiya ilə yanaşı Cənubi Koreyanı da narahat edib. Rusiya və Çinin hərbi təyyarələri hərbi təlimlər zamanı Cənubi Koreyanın da hava sahəsinə yaxınlaşıblar. Cənubi Koreya Rusiya və Çinə rəsmi etirazını bildirib. Rusiya və Çinin Müdafiə Nazirlikləri birgə hərbi təlimlərin üçüncü dövlətlərə qarşı yönəlmədiyini söyləsələr də, hərbi gəmilərin və hərbi təyyarələrin bölgə ölkələrinin sərhədlərinə yaxınlaşdıqlarına görə, bu, gərginliyin artmasına səbəb olub.

Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın Asiya və Sakit Okean bölgəsində Çinlə birgə hərbi təlimlər keçirməsinin birinci səbəbi Pekinlə hərbi tərəfdaşlığı gücləndirmək, ikinci səbəbi ABŞ-ın bölgədəki müttəfiqlərini qorxutmaqdır.

Pentaqon Rusiya və Çin birgə hərbi təlimlərini diqqətlə izləyir. ABŞ bu təlimlərdən ehtiyatlanan ölkələrin müdafiəsini gücləndirməkdədir. ABŞ bugünlərdə Filippinə dəniz dronları verib. Bu isə Pekinin narahatlığına səbəb olub. Çünki, Çinlə Filippin arasındakı münasibətlərdə problemlər var. İki ölkənin hərbi gəmiləri Cənubi Çin dənizində bir-birinə yaxın məsafələrdə üzürlər və bunun nəticəsində gərginlik yaranır. “Bloomberg” agentliyinin yaydığı məlumata görə, ABŞ Filippinə hərbi dəstəyini artırmaqda davam edəcək. Penqaton bu dəstəyin bölgədə sabitliyə xidmət etdiyini bəyan edib. Bu o deməkdir ki, ABŞ-Filippin hərbi müttəfiqliyi Çini bölgədəki hərbi planladırdan çəkindirməlidir.

Buna baxmayaraq, Tayvanla bağlı vəziyyəti gərginliyini qoruyur. Pekin Tayvanı Çinə birləşdirmək planlarından imtina etməyib. Mövcud vəziyyət bölgə ölkələri və ABŞ-la yanaşı Avropa İttifaqını da narahat edir. Brüssel bölgədəki qeyri-müəyyənlikdən ehtiyat edir. Avropa rəsmiləri ABŞ və Çin liderləri arasında yaxınlaşmanın çəkindirməni zəiflədə biləcəyindən və Pekinin Tayvana qarşı mövqeyini gücləndirə biləcəyindən narahatdırlar. Bəzi avropalı siyasətçilər Trampın ABŞ-Çin münasibətlərini sabitləşdirmək səylərinin bir hissəsi olaraq Si Cinpinlə daha geniş danışıqlar apara biləcəyindən qorxurlar. Brüsseldəki narahatlıq diplomatik əlaqələrin özündən daha çox onun potensial nəticələri ilə bağlıdır. Avropa ABŞ-Çin münasibətlərində mərkəzi rol oynamasa da, köhnə qitənin istehsal sektoru və təchizat zəncirləri zərər görə bilər. Tayvanla bağlı münaqişə baş verərsə, Avropa ən böyük iqtisadi şoklarından biri ilə üzləşəcək. Avropa Birliyi üçün Tayvan Hind-Sakit Okean regionunda uzaq təhlükəsizlik problemindən daha çox məna kəsb edəcək. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ və Çin arasında Tayvan uğrunda müharibə Avropa İttifaqına yalnız ilk il ərzində təxminən 2 trilyon dollar iqtisadi itkiyə səbəb olacaq. Tayvan Avropa istehsalını dəstəkləyən təchizat zəncirlərinin mərkəzində yerləşir, Almaniyanın ixrac yönümlü sənaye modeli isə Şərqi Asiya istehsal şəbəkələri ilə dərin inteqrasiya olunmuş olaraq qalır. Tayvan boğazındakı bir pozuntu logistika, sənaye girişləri və texnologiya təchizat zəncirlərində əks-səda verəcək və Avropa istehsalı üçün dərhal nəticələrə səbəb olacaq.

Yorum yok
Yorum bırak

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Girish 769
Bugun 27
Umumi 1385145
tr_TRTR