London Çini sıxışdırmaq istəyir

Böyük Britaniya və Avstraliya Hind-Sakit Okean bölgəsində güclərinin artırırlar. İki ölkəni birgə hərbi təlimlər keçiriblər. London və Kanderranın məqsədi Çinə qarşı mübarizəni gücləndirməkdir. Digər tərəfdən Böyük Britaniya və Avstraliya Hind-Sakit Okean bölgəsində ticarət gəmilərinin azad hərəkətini təmin etmələrini istəyirlər. İttifaqı gücləndirən amillərdən biri ABŞ Prezidenti Donald Trampın qeyri-müəyyən regional siyasətidir. Bu səbəbdən təlimlərdə ABŞ iştirak etməyib. Halbuki, bölgədə keçirilən hərbi təlimlərdə hər zaman başlıca rolu ABŞ oynayıb.

Təlimlər Spratli arxipelağı ətrafında keçirilib. Bu arxipelaq ətrafında Çinlə qonşu dövlətlər arasında mübahisə var. Arxipelaq ərazisimə altı ölkə iddia edir: VyetnamÇinTayvanMalayziyaFilippin və Bruney. Adaların ümumi sahəsinin az olmasına baxmayaraq regionda mövcudluq baxımından əhəmiyyətlidir. Burada böyük miqdarda qaz və neft yataqlarının olması ehtimal edilir. ABŞ Ebergetika Nazirliyinin məlumatına görə adalar ərazisində 5,4 mld barel neft, 55,1 trilion kubmetr qaz vardır.

Böyük Britaniya və Avstraliya aralarındakı ittifaqın Çinə qarşı yönəldiyini gizlətmirlər. Hər iki dövlət eyni zamanda AUKUS siyasi və hərbi blokunun üzvüdür. London hesab edir ki, Çin Cənubi Çin dənizinin tamamına hakim olmaq istəyir. Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib ki, Cənubi Çin dənizində fəallıqlarını artıracaqlar: “Çinin bu bölgədə fəaliyyətinin qarşısını almalıyıq”.

Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra Hind-Sakit Okean bölgəsinə diqqətini artırıb. Böyük Britaniya Asiyadakı ticarət yollarının azad olmasını dəstəkləyir. Londonun bu siyasəti Avstraliyanın da maraqlarına cavab verir. Avstraliya Çinin bölgədə hərbi gücünün artırmasından narahatdır və bu səbəbdən müxtəlif hərbi təlimlərdə iştirak edir. Filippin də bölgədə hərbi fəallığını getdkcə artırır.

Yorum yok
Yorum bırak

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Girish 1039
bugün 14.
Umumi 1391636
tr_TRTR