ABŞ Prezidenti Donald Tramp Çindəki hərbi paraddan narazı qalıb. Bunun birinci səbəbi odur ki, Tramp Çin, Rusiya və Şimali Koreya başçılarının birləşərək, ABŞ-yə qarşı sui-qəsd hazırladığı qənaətindədir. İkinci səbəb isə Trampın sözlərinə görə, Çinin İkinci Dünya Müharibəsində qələbəsində ABŞ-ın rolunun qeyd edilməməsidir. Trampın sözlərinə, görə Çinin Yaponiya işğalından qurtulmasında böyük rolu olub və minlərlər amerikalı hərbçi bu yolda həlak olublar.
Bir sıra ekspertlər baş verənləri Trampın xarici siyasətinin məğlubiyyəti kimi qiymətləndirirlər. “CNN” televiziya kanalınnın analizinə görə, “anti-Qərb” ölkələrin liderlərinin Pekində bir araya gəlməsi ABŞ Prezidenti Donald Trampın gömrük, tarif qarşıdurması və zəif dövlətləri qorxutmaq siyasətinin nəticəsi olduğunu bildirirlər. Digər tərəfdən Tramp Rusiya Prezidenti Vladimir Putindən də məyusdur. Prezidentlərin Alyaska görüşü nəticə vermədi. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni genişləndirib. Tramp artıq Putin-Zelenski görüşünə artıq ümid etmədiyini bildirib.
Əslində Çindəki hərbi parada ABŞ Prezidenti də dəvətli idi. ABŞ prezidenti Donald Tramp Pekində keçirilən hərbi paradın onun üçün uyğun olmayan yer olduğunu bildirib. Tramp jurnalistlərin suallarına cavab verərkən bunu deyib:
“Heç vaxt gedəcəyimi düşünməmişdim. Bu, mənim üçün uyğun olmayan bir yer olardı”.
“Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırladığınız üçün Vladimir Putinə və Kim Çen Ina ən səmimi salamlarımı çatdırın”, Tramp Xi-yə mesajında yazıb. Bu postun mənası odur ki, Tramp Çin və Rusiya liderləri ilə dialoq aparsa da, bu iki dövləti, o cümlədən Şimali Koreyanı Amerika üçün böyük təhlükə sayır.