ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından Çin və Hindistan məhsullarına gömrük rüsumlarının artırılmasını tələb etmişdi. Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen bu tələblə razı deyil. O deyib ki, Avropa İttifaqı Vaşinqtonun tələbi ilə Çin və Hindistan məhsullarına qarşı gömrük rüsumlarının artırmayacaq.
Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen Avropa İttifaqının müstəqil qərar verəcəyini bildirib. Ursula von der Lyayenin sözlərinə görə, əsas məsələ Rusiyaya təzyiqin artırılmasıdır. Avropa Komissiyasının rəhbəri bu məsələ ilə bağlı ABŞ-la Avropa İttifaqı arasında tərəfdaşlığın gücləndirilməsi vacibliyini söyləyib.
Avropa Komissiyasının rəhbəri Hindistana qarşı gömrük rüsumların artırılmasının əleyhinədir. O mövqeyini belə izah edib: “Hindistanın Hind və Sakit Okean bölgəsində rolu artıb. Hindistan Avropa İttifaqının ttərəfdaşıdır və Brüssel bu tərəfdaşlığı daha da gücləndirməyi planlaşdırır. Bu səbəbdən Avropa İttifaqı ilə Hindistan arasında strateji tərəfdaşlıq qurulub. Avropa İttifaqı Hindistanla təhlükəsizlik və hərbi əməkdaşlıq sahələrində əməkdaşlığı gücləndirəcək”.
Ursula von der Lyayenin sözlərinə görə, Avropa İttifaqı Hindistanla azad ticarətlə bağlı saziş imzalamağı planlaşdırır. Bu saziş hər iki tərəf üçün faydalı olacaq. Ursula von der Lyayen deyib ki, Hindistanla əməkdaşlıq Avropa İttifaqının Hind və Sakit Okean bölgəsində möhkləmlənməsi üçün faydalıdır.
Ursula von der Lyayen daha əvvəl verdiyi açıqlamada Hindistan-Yaxın Şərq-Avropa dəhlizini həyata keçirmək üçün tarixi fürsət yarandığını bildirmişdi. “Hindistan-Yaxın Şərq-Avropa dəhlizini həyata keçirmək üçün tarixi imkanımız var. Bu bizi heç vaxt olmadığı qədər birləşdirəcək”, – o əlavə etmişdi.
Ursula von der Lyayen bu ilin fevral ayında Hindistana səfər edərək baş nazir Narendra Modi ilə görüşmüşdü. Həmin görüşdə tərəflər Avropa İttifaqı – Hindistan trateji tərəfdaşlığının onların xalqları və daha böyük qlobal rifah üçün güclü faydalar verdiyini təsdiq etmişdilər.