ABŞ və Hindistan rəsmiləri arasında danışıqlar bərpa olunub. Tərəflər ticarət sazişi üzərində işləyirlər. Vaşinton Hindistanın Rusiya neftini almaqdan imtina etməsini istəyir. Hindistan bu tələbə baxmayaraq, Rusiyadan ucuz neftindən imtina etməyib. Buna baxmayaraq, Dehli Vaşinqtonla münasibətlərdə gərginlik istəmir.
ABŞ-ın ticarət naziri Hovard Latnik bildirib ki, Hindistanla razılaşma əldə etmək mümkündür. Halbuki, ABŞ Hindistan məhsullarına tətbiq etdiyi 25 faizlik gömrük rüsumundan sonra iki ölkə arasında danışıqlar dayandırılmışdı. “Press Trust of India” agentliyinin məlumatına görə, danışıqlar Dehlidə keçirilir. «The Times of India» nəşrinin yazdığına görə, danışıqların növbəti raundu Vaşinqtonda keçiriləcək. Baş nazir Narendra Modi iki ölkə arasında ticarətdə qarşılıqlı maraqların təmin olunmasını istəyir. Dehli Rusiyanın ucuz neftindən imtina etmək istmir. Buna baxmayaraq, Hindistan ABŞ-dan aldığı kənd təssərrüfatı məhsullarının həcmini artırmağa hazırdır. Narendra Modi sonuncu dəfə ABŞ səfəri və Prezident Donald Trampla görüşü zamanı söyləmişdi ki, 2030-cu ilə qədər iki ölkə arasındakı ticarətin həcmini 500 milyard dollara çatdırmaq mümkündür. Modi iki ölkə arasındakı münasibətlərə dost kimi dəyərləndirib. Baş nazir ümid edir ki, iki ölkə arsında ticarət sazişi yaxın müddətdə imzalanacaq.