Kateqoriya: Açıqlamalar

Polşa hərbi gücünü artırır

İkinci Dünya müharibəsi 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşaya hücumuyla başlayıb. Polşada bu tarixlə yanaşı 17 sentyabr tarixini də xatırlayırlar. Almaniyanın Polşaya hücumundan 16 gün sonra, yəni 17 sentyabr 1939-cu ildə  SSRİ qoşunları Polşanın şərqinə hücum etdi. Polşanın ikitərəfli işğalı iki diktator – Hitlerlə Stalinin xarici işlər nazirləri vasitəsilə gizli razılaşmasının nəticəsi idi. Hər ikisi Polşanı parçalamaqla bu ölkəni xəritədən silmək istəyirdi. Ancaq Stalinlə razılaşma Hitlerin hiyləsi idi, o Avstriya, Çexiya, Polşa və Fransa ilə işi bitirdikdən sonra SSRİ-yə hücum barədə düşünür və bu məqsədlə generallarına plan hazırlamağı tapşırmışdı. Halbuki, Stalin düşünürdü ki, Hitlerin ambisiyaları SSRİ sərhədinə qədərdir.

Almaniya Polşanı viran qoydu, bu ölkədə kütləvi qətliamlar təşkil etdi, ölüm düşərgələrində milyonlarla insan öldürdü, qazla zəhərlədi, SSRİ komandanlığı da “geri qalmadı”, əsir götürdüyü minlərlə polşalı hərbçini sovet meşələrində qətlə yetirdi. Polşa ağır faciələrə rəğmən, tab gətirdi, müharibədən sonra torpaqlarını geri qaytarmağa müvəffəq oldu, paytaxt Varşava olmaqla şəhərlərini yenidən qurdu, ölkə bir müddət kommunist sistemində yaşadı, 1980-ci illərdə isə avtoritar rejimlə sağollaşan ilk Şərqi Avropa ölkəsi oldu. Almaniya kansleri müharibədən sonra bir neçə dəfə Polşaya ziyarət etdilər və qətliamlara görə polşalılardan üzr istədilər. Ancaq Rusiyadakı rejim bu gün də Polşanı hədəf götürüb. Rusiyanın televiziya kanallarında yayımlanan siyasi proqramlarda Ukrayna ilə yanaşı Polşa adlı dövlətin də süni şəkildə yaradıldığı iddia edilir, Rusiya imperiyasına aid olduğu bildirilir. Avropanın Ukraynaya dəstəyi həm də ona görə artırmalıdır ki, bu ölkə məğlub olarsa Rusiyanın növbəti hədəf Polşa və Baltik ölkələri olacaq. Buna görə də Polşa indidən ordusunu gücləndirir və hərbi büdcəsini artırır.

 

Nazirlər nə danışdılar?

Fransanın xarici işlər naziri Ketrin Kolonnayın çinli həmkarı Vanq Yi arasında telefon danışığı zamanı Ukrayna və Nigerdəki vəziyyətlə yanaşı Qarabağı da müzakirə etdiyi xəbəri yayılıb. Nazirlər Qarabağla bağlı nəyi müzakirə edə bilərdilər? Böyük ehtimalla Fransa xarici işlər naziri “Laçın dəhlizinin açılması” məsələsini qaldırıb. Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı həmlə həyata keçirə bilmədi, indi də keçib başqaları vasitəsilə bizə təzyiq etməyə.
Çini “Laçın yolu” mövzusu çoxmu maraqlandırır? Əlbəttə, Pekin son illərdə Cənubi Qafqazda fəallaşıb, Gürcüstanda böyük yatırımları var, Azərbaycanla dialoqu mövcuddur, Ermənistanla hərbi əməkdaşlığa maraq göstərir. Bütün hallarda Pekin Qarabağ məsələsindən uzaq durmalıdır, çünki ərazi bütövlüyü məsələsi Çin üçün də həssas mövzudur. Paris Pekini öz tərəfinə çəkməyə çalışsa da, Çin Azərbaycanın daxili məsələsinə qarışmamalıdır.
Bütün reaksiyalar:

Agil Godjaev və başqa 5 nəfər

Ərdoğan taxıl anlaşmasının ömrünü uzada biləcəkmi?

Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında imzalanan taxıl anlaşmasının müddəti bu ayın 17-də bitir. Rusiya anlaşmanın yerinə yetirilməsi mexanizmindən narazıdır. Kreml iddia edir ki, anlaşmanın ziddinə olaraq taxılın cüzi hissəsi Afrikanın kasıb ölkələrinə çatdırılıb, əsas hissəsi varlı Avropa ölkələrinə satılıb. Kremlin bir başqa iddiası isə odur ki, verilən vədlərin əksinə olaraq Rusiyanın kənd təssərrüfatı məhsullarının Qara dəniz üzərindən satışına əngəllər ortadan qaldırılmayıb. Əslində Kreml əvvəlki aylarda taxın anlaşmasından çıxmaq istəyirdi. Ancaq Kreml sahibi Vladimir Putin Türkiyədə prezident seçkisi kampaniyasında rəqibləri ilə mübarizə aparan Rəcəb Təyyub Ərdoğana əlavə problem yaratmaq istəmədi. Seçki arxada qalıb və Kreml birmənalı şəkildə bəyan edib ki, taxıl anlaşmasını uzatmağı planlaşdırmır.
Kremlin anlaşmadan çıxması Ukraynaya problem yaradacaq. Çünki bu anlaşma sayəsində Ukrayna öz taxılını müxtəlif ölkələrə satmaq imkanına malikdir, bu az da olsa büdcəyə əlavə gəlir mənbəyidir. Rusiya anlaşmadan çıxarsa Ukrayna gəmilərinə Qara dəniz üzərindən taxıl daşımağa mane olacaq və həmin gəmiləri hədəf götürəcək. Məhz bu məsələni müzakirə etmək üçün Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə səfər edib Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla görüşüb. Ərdoğan Zelenskidən sonra Rusiya prezidenti Vladimir Putinlə də müzakirə aparacaq. Ərdoğan Putini inandırmağa çalışacaq ki, Rusiya taxıl anlaşmasından çıxmasın. Taxıl anlaşması Ərdoğanın son illərdə xarici siyasətdə qazandığı əhəmiyyətli uğuru sayılırdı. Ərdoğan gələn ilin martında keçiriləcək bələdiyyə seçkilərində mövqelərinin zəifləməsini istəmir.

Sərhəddə təxribat kimin maraqlarına uyğundur?

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 2 gündən sonra Brüsseldə görüşməli ikən sərhəddəki təxribat kimin maraqlarına cavab verir? Paşinyan son açıqlamalarının birində Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyindən narazılığını bildirmişdi. Paşinyan Mişeldən ona görə narazıdır ki, Avropa İttifaqının rəhbəri Azərbaycanla Ermənistan arasında qısa zaman kəsiyindən sülh sazişinin imzalanmasını istəyir və bu zaman Qarabağ məsələsinə toxunmur. Paşinyan Mişelin “gəlin Brüsseldə yenidən üçtərəfli görüş keçirək” təklifinə birbaşa “yox” deyə də bilmir, ancaq danışıqlarda nəticə əldə edilməməsi üçün müzakirələrdən bir neçə gün əvvəl sərhəddə təxribata yaşıl işıq yandıra bilərdi. Başqa bir versiya da var.

Nikol Paşinyan çıxışlarının birində özü etiraf etmişdi ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur. Paşinyan “beşinci kolon” dedikdə Rusiya kəşfiyyatıyla bağlı olan yüksək rütbəli erməni hərbçilərinə işarə edib. Əgər Paşinyan ordusuna nəzarət edə bilmirsə, demək Rusiya kəşfiyyatına bağlı hansısa erməni generalın əmri ilə də Azərbaycan mövqeləri atəşə tutula bilərdi. Bu halda “Azərbaycan mövqelərinə atəş açın” əmri Brüsselin və Vaşinqtonun vasitəçiliyini pozmaq istəyən Kremldən gəlib. Demək Azərbaycan ordusu həm İrəvandan idarə olunan Ermənistan ordusuna qarşı, həm də Kremldən təlimat alan erməni generallarına qarşı savaşmaq məcburiyyətindədir.

Vaşinqondan sonra Brüssel…

Vaşinqton estafeti Brüsselə verib, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə bu həftənin sonunda Belçika paytaxtında görüşəcək. Əslində bu görüş ötən ilin dekabrında olmalı idi, Fransa prezidenti Emmanuel Makron işi pozdu. Makron görüşə qatılmaq istədi. Azərbaycan prezidenti Makronun ermənipərəst açıqlamalarına görə dördlü görüşdən imtina etdi.
İlham Əliyev və Nikol Paşinyan Brüsseldən sonra Avropa İttifaqının toplantısı çərçivəsində iyunun 1-də Kişinyovda görüşəcəklər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni mediasına verdiyi açıqlamaya görə, Kişinyovdakı görüşə Emmanel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaqlar. Rəsmi Bakı bu xəbəri hələ təsdiq etməyib. Əgər xəbər doğrudursa, Almaniya kanslerinin görüşə qatılması rəsmi Bakının təklifinə oxşayır. Fransa prezidenti israrla görüşdə iştirak etmək istəyirsə və Avropa İttifaqının rəhbəri Şarl Mişel buna etiraz edə bilmirsə, məsələlərə nisbətən neytral mövqedən yanaşan Almaniyanın qatılması alternativ variantlardan biridir. Əlbəttə, Azərbaycanın Avropada Polşa və Macarıstan kimi strateji tərəfdaşları var, bu ölkələrdən birinin liderinin Makronla yanaşı oturması bizim üçün daha faydalı olardı. Ancaq Almaniya Avropa İttifaqının lokomotivlərindən biridir və masada Makron varsa, yanında Olaf Şolts oturmalıdır. Ancaq beşli – İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Emmanuel Makron və Olaf Şolts formatında keçiriləcək görüşdən nəticə gözləməyə dəyməz. Ən yaxşısı tərəflər arasında birbaşa dialoqdur ki, Nikol Paşinyan bundan yayınır.

Putin Qərbdən niyə qorxur?

Kreml sahibi Vladimir Putinin təbirincə desək, “Qərb ölkələri ümumbəşəri dəyərləri məhv edir”sə başda elə Rusiya prezidenti olmaqla bu ölkənin rəsmilərinin övladları niyə “lənətə gəlmiş” Qərb ölkələrində yaşayır, işləyir və övladlarını böyüdürlər? Çünki rəsmilərin övladları Rusiyanın gələcəyinə inanmadıqları üçün ABŞ və Avropa ölkələrinə üz tutublar. Putinin 9 may paradında səsləndirdiyi “vətənə məhəbbətdən güclü heç nə yoxdur” sözlərinin onun və əsabələrinin övladlarına aidiyyatı yoxdur. Kreml sahibi yenə də deyib ki, Qərb Rusiyaya qarşı müharibəyə başlayıb. Rusiya Ukraynaya qarşı içğalçı müharibəyə başlamasaydı, Qərb niyə Rusiya ilə müharibəyə başlamalıydı ki? Qərb Rusiya ilə savaşmır, sadəcə işğala yol vermək istəməyərək Ukraynanın məğlubiyyətinin qarşısını almağa çalışır. Putin sonrakı cümləsində deyib ki, Qərb öz qaydalarını diqtə etmək üçün münaqişələri qızışdırmağa çalışır. Rusiya “öz qaydalarını” diqtə etməsəydi, bu gün Qarabağda münaqişə ocağı qalmayacaq, separatizmə son qoyulacaq və Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqdı. Həmin gün onsuz da gələcək. Qərb mələk deyil, ancaq Rusiyanı idarə edənlər onlardan betərdir.

Kremli hansı ölkə vurdu?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun iddiasına əsasən Kremlə dronlarla hücum etmək qərarı ABŞ-da verilibsə demək Rusiya üçün durum vahimdir. İkinci Dünya müharibəsi zamanı heç Hitlerin ordusu Moskvaya xeyli yaxınlaşmasına rəğmən, Kremlə zərbə endirə bilməmişdi, Moskvanın hava məkanı ciddi qorunurdu. Şübhəsiz Vaşinqton Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədən zəif düşməsi üçün var gücüylə çalışır, Kremli cəzalandırmağın planları qurulur. Halbuki, “ABŞ Kremlə PUA hücumunda iştirak etmir” deyən Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi Vaşinqtonun bu məsələdə əli olmadığını vurğulayıb. Bütün hallarda Kremlin təpəsini vuranların iki məqsədi olub. Birinci məqsəd müharibənin Rusiya ərazisinə keçdiyinə eyham vurulub. İkinci məqsəd zərbəyə cavab olaraq Rusiyanın reaksiya gücünü öyrənmək istəyiblər. Ukraynada işğalçı müharibə davam etdikcə Rusiya daha çox naməlum gələcəyə doğru irəliləyəcək.

Pekin Krımı Rusiya ərazisi sayır?

Çinin Fransadakı səfiri Lou Şayeтшт Fransanın televiziya kanallarından birinə verdiyi müsahibə geniş ək-səda doğurub. Aparıcı səfirə “Krım kimindir” sualıyla müraciət edib. Çinli diplomat Krımı “tarixi rus ərazisi” adlandırıb. Çin səfiri müsahibəsində “irəli gedərək” ümumiyyətlə müstəqilliyini qazanan keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektiv statusunun olmadıqlarını” bildirib. Çinli diplomatın sözlərinə  görə, müstəqilliyini qazanan dövlətlərin “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə yoxdur”.

Çinli səfirin “məntiqinə” görə Ukrayna, Gürcüstan, Azərbaycan və SSRİ-nin tərkibindəki keçmiş respublikaların müstəqillikləri nominal xarakter daşıyır. Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko çinli diplomatın açıqlamalarına sərt reaksiya verib. Ukraynalı diplomat deyib ki, çinli həmkarının coğrafiya ilə bağlı problemləri var. Ukrayna səfiri çinli diplomatın Pekinin Ukraynanın ərazi bütövlüyünü tanımasıyla bağlı siyasətinə ziddiyyət təşkil etdiyini bildirib. Beynəlxalq aləm Pekinin Krımla bağlı məsələyə aydınlaşdırmasını istəyir. Çinli səfirin sözlərinə Baltik ölkələrinin Fransadakı səfirləri də sərt reaksiya veriblər. Belə çıxır ki, Kreml bir gün Rusiya imperiyasının keçmişdə istila etdiyi hansısa ərazisini güc yolu ilə geri qaytarmaq istədikdə Pekin buna da haqq qazandıracaq.

Распоряжением Президента Казахстана Касыма-Жомарта Токаева новым послом Казахстана в Азербайджане назначен Алим Байель

Распоряжением Президента Казахстана Касыма-Жомарта Токаева новым послом Казахстана в Азербайджане назначен Алим Байель. Байель родился в 1984 году в Таразе Жамбылской области. Окончил Ближневосточный технический университет в Турции по специальности «управление бизнесом» и получил степень магистра государственного управления в Университете Джорджа Вашингтона в США. Алим Байель работал в частном секторе в 2008-2012 гг. В 2012-2014 годах был экспертом Совета сотрудничества тюркоязычных государств, а в 2014-2015 годах – директором Центра международных отношений Тюркской академии. После работы на различных государственных должностях в стране Байель был первым секретарем по политическим вопросам Посольства Казахстана в Турции в 2018-2020 годах. До назначения на должность Чрезвычайного и Полномочного Посла в Азербайджане Алим Байель работал генеральным консулом Казахстана в Стамбуле.
Назначение дипломата, знающего тюркский мир и работающего в Турции, послом в Азербайджане свидетельствует о том, что Астана укрепляет свой стратегический союз с Баку. Способность дипломата, обучавшегося в Турции и работающего на дипломатической службе в Турции, свободно говорить на турецком языке облегчит его работу в Азербайджане и позволит ему напрямую общаться с официальными лицами, дипломатами и гражданами страны, где он работает. С другой стороны, новый посол должен работать над формированием треугольника Турция-Азербайджан-Казахстан и играть особую роль в расширении энергетического и транспортного сотрудничества между тремя странами.

Vilayəti Azərbaycanla müharibə istəmir

İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla müharibəyə hazırlaşmadığını bu sözlərlə izah edib: “İslam İnqilabından sonra İran 15 qonşu ölkədən heç birinə hücum etməyib, müharibəyə başlamayıb və başlamayacaq”. Vilayəti haqlıdır, Qərbin sərt sanksiyalarıyla və daxildə müxtəlif etnik qrupların tələbləriylə üzləşən, insanların rejimdən narazılıqlarını və etirazlarını artan ölüm cəzalarıyla həll etməyə çalışan, istisadiyyatı sabitləşdirə bilməyən İranın hazırki vəziyyətdə hansısa dövlətlə müharibəyə başlamaq kimi lüksu yoxdur. Buna baxmayaraq, bu ağır vəziyyətdə belə İran qonşu ölkələrin daxili işlərinə qarışmaqdan vaz keçmir. İran Suriya, Livan, İraq, Yəmən, o cümlədən Azərbaycanda müxtəlif qrupları maliyyələşdirir, bəzilərini silahlandırır, şəbəkələr yaradır. Bu qonşularla müharibə anlamına gəlməsə də, İranın qonşu ölkələrin daxili işlərinə qarışmasıdır ki, bölgədə vəziyyətin sabitləşməsinə mane olur.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 2063207
azAZ