Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın gələcək günlərdə ya Brüsseldə, ya da Vaşinqtonda görüşə biləcəkləriylə bağlı xəbərlər yayılıb. ABŞ və Avropa İttifaqı İlham Əliyevlə Nikol Paşinyanı görüşdürməkdə maraqlıdırlar. Rusiya və İran isə Vaşinqton və Brüsselin vasitəçiliyinin əleyhinədirlər. Rusiya və İran hesab edir ki, Vaşinqton və Brüssel bölgəyə aid olan məsələlərə qarışmamalıdırlar. Ona görə də təmas xəttindəki son təxribatın bu iki dövlətin “təşəbbüsü” ilə baş verdiyinə dair mülahizələr var. Məqsəd liderlərin Brüssel və Vaşinqtondakı görüşünü əngəlləməkdir. Azərbaycan prezidenti İlham Əliyev görüşün Brüssel və ya Vaşinqtonda keçirilməsinə etiraz etmir. Qərarı Nikol Paşinyan verməlidir. Paşinyan Brüssel və Vaşinqtonla münasibətlərdə lazımsız gərginlik yaşamamaq üçün o da görüşə razılaşa bilər. Ancaq əsas məsələ bu deyil. Görüş Brüssel və ya Vaşinqtonda keçirilsə belə, nəticə nə olacaq? Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər görüşlərdən nəticə gözləməyə dəyməz.
Lavrov Türkiyəyə niyə gedəcək?
Azərbaycan Fələstini də unutmayıb
Azərbaycanın İsraillə yanaşı Fələstinlə də əlaqələrə əhəmiyyət verməsi doğru strategiyadır. Azərbaycan İsraildə səfirlik açmaqla yanaşı Fələstində nümayəndəliyin fəaliyyətə başlayacağına qərar verib. Başqa dövlət rəsmiləri də İsrailə səfəri yekunlaşdırdıqdan sonra Fələstinə keçirlər. Bu İsraillə Fələstin arasında balansı qorumağa imkan verir. Azərbaycanın İsraildə səfirlik açması Fələstini narahat etmədiyi kimi, Azərbaycanın Fələstində nümayəndliyinin fəaliyyətə başlaması da İsraili narahat etmir. Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında Fələstin xalqının azadlıq istəyinə verdiyi dəstəyə, beynəlxalq platformalarda Fələstini dəstəklədiyinə görə, Azərbaycana təşəkkürüni bildirib. Azərbaycan hər il 25 fələstinli tələbə üçün təqaüd ayırır, paralel olaraq Nablus regionunda məktəb tikəcək. Bunlar varkən heç bir dövlət bizi İsraillə strateji əməkdaşlıq fonunda Fələstini guya unutmağımızda ittiham edə bilməz.
Azərbaycan İranla eyni platfomaya maraq göstərmir
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Cənubi Qafqazdakı məsələlər “3+3” platforması vasitəsilə həll edilməlidir. Bu platformanı İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Cumhurbaşaqanı Rəcəb Tayyib Ərdoğan təklif edib və Azərbaycan prezidenti İlham Əliyev dəstəkləyib. Ancaq müharibədən sonrakı müddətdə İranın Azərbaycana qarşı artan təxribatları “3+3” platformasına zərbə vurub. İran Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edirsə, ikitərəfli dialoq sıfra enibsə, bu iki dövlətin ortaq platformada iştirakının da sıfra enməsi deməkdir. Tehran regional əməkdaşlıqdam danışsa da, “3+3” platformasını dəfn etmək üzrədir. İranlı nazir deyir ki, bölgənin məsələləri “3+3” platforması çərçivəsində həll etməlidir. Biz Ermənistanla və özümüzə aid Qarabağ məsələlərini niyə İranla birgə həll etməliyik? Tehran xülya ilə məşğuldur.
Putin Hitlerin səhvini təkrarlayır
İsraildə səfirlik açmaq Azərbaycan üçün niyə vacibdir?
İsrail Azərbaycanda səfirliyi 30 il bundan açıb. Biz isə 30 il gözlədik. Açıq demək lazımdır, İran və ərəb amilinə görə İsraildə səfirlik açmaqdan çəkinirdik. Sonrakı illərdə aydın oldu ki, İsraildə səfirlik olmadan da Tehran Azərbaycana qarşı təxribatlarından əl çəkən deyil. Çünki Tehranın dərdi Azərbaycan-İsrail əməkdaşlığından çox Azərbaycanın dünyəvi müsəlman ölkəsi olaraq varlığıdır. Digər tərəfdən son illərdə ərəb ölkələrinin bir qrupu İsraillə diplomatik əlaqələr qurublar. Ərəb ölkələrinin İsraildə səfirlikləri açılırsa, Azərbaycanın bu ölkədə niyə səfirliyi olmamalıdır?
Azərbaycanın İsraildə səfirliyinin açılmasını şərtləndirən amillərdən biri də iki ölkə arasında artan əməkdaşlıqdır. İsraildən aldığımız hərbi texnikanın İkinci Qarabağ müharibəsindəki uğurumuzda payı az deyil. İsrail Azərbaycanla əməkdaşlığı təhlükə altına atmamaq üçün düşmənimiz Ermənistana hərbi texnika satmadı. Halbuki, İrəvanın belə cəhdləri olmuşdu. Hərb-texniki sahədə əməkdaşlıq o həddə çatıb ki, İsrail şirkətinin dəstəyi ilə bugünlərdə Bakıda kibertəhlükəsizlik mərkəzi açılıb. Bundan başqa Azərbaycan illərdir Ceyhan limanı üzərində İsrailə neft satır. Bu İsrailin neftə olan tələbatının təxminən 30 faizdən çoxunu təmin edir. Bütün bunlardan sonra Azərbaycanın İsraildə səfirliyinin açılmasını yubatmaq olmazdı. Növbəti addım Azərbaycan prezidenti İlham Əliyevin İsrailə rəsmi səfəri olacaq.
Qazaxıstanı hansı dövlət qarışdırmaq istəyir?
Rusiya prezidentinin xüsusi nümayəndəsi Sergey İvanovun sözlərinə görə, ABŞ yenidən “rəngli inqilablar” konsepsiyasına qayıdıb və Rusiyaya ən yaxın olan ölkələrə yaxınlaşmağa başlayıb. Sergey İvanov Belarus və Qazaxıstanın adını çəkib. Belarusu anladıq, ABŞ və Avropa Aleksandr Lukaşekonun hakimiyyətdən getməsini istəyir, ona qarşı sanksiyalar tətbiq edib. Bəs Vaşinqton Qazaxstanı niyə qarışdırmalıdır? Hazırda Vaşinqtonla Astana arasında sıx dialoq mövcuddur. Qazaxıstan prezidenti Kasım Jomərt Tokayev bu dialoqda maraqlıdır. Tokayev Ukraynanın parçalanmasının əleyhinədir, Qazaxıstan prezidenti Donbası Rusiyanın ərazisi kimi tanımayacağını Kreml sahibi Vladimir Putinin üzünə deyib. Bu Putin və onun ətrafının xoşuna gəlməyib. Qazaxıstanı qarışdırmaq Amerikanın deyil, əsl Kremlin maraqlarına cavab verir. Rusiya Ukraynadakı hədəflərinə çatandan sonra Qazaxıstanı parçalamaq planını hərəkət gətirməliydi. Rusiya Ukraynada ilişdiyinə görə, Qazaxıstanla bağlı “planlarını” sonrakı mərhələyə saxladı.
Putin həyatı üçün qorxur
2
Laçın yolunda sərhəd xidməti yaradılacaq
Azərbaycan hərbçilərinin martın 25-də Şuşaya daxil olmadan torpaq yolunu nəzarətə götürməsi Laçın yolunun qurtacağında sərhəd-keçid məntəqəsinin yaradılması zərurətini artırıb. Azərbaycanlı fəallar Laçın yolunda etiraza başladıqdan sonra Ermənistan bu yoldan separatçılara böyük həcmdə silah və sursat göndərməyə risq etmirdi. Doğrudur, Rusiyanın nəqliyyat vasitələrində yüklər göndərilə bilərdi, ancaq bunun risqlərini hesablayırdılar. Buna görə də Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbi kontingenti ilə birgə Qarabağ separatçılarına hərbi yükləri Laçına alternativ torpaq yolundan göndərməyə başladı. Hazırda bu yol Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyinə görə, Ermənistan və Rusiya hərbi yükləri yoxlanılmayan nəqliyyat vasitələrində yenidən etirazın keçirildiyi yoldan keçirməyə çalışacaqlar. Çünki başqa yolları qalmayıb. Bunun qarşısını almağın yeganə alternativi Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır ki, bütün, o cümlədən Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır.