Sibiqa Rusiyanın dezinformasiya yaydığını bildirib

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa yayımladığı bəyanatda ölkəinin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum etmədiyini və Kremlin dezinformasiya yaydığını bildirib. “Belə bir hücum baş verməyib” deyən Sibiqa Kremlin “Putinin iqamətgahına hücumla” bağlı heç bir inandırıcı dəlil təqdim etmədiyini vurğulayıb. Ukrayna xarici işlər naziri bir sıra ölkənin əslində baş verməmiş hücumla bağlı narahatlıqlarını ifadə edən açıqlamalarının Kiyevi məyus etdiyini söyləyib.

Bu Kremlin yeni taktikasıdır. Rusiya hakimiyyəti baş verməyən hücumla bağlı dezinformasiya yaymaqla həm danışıqlar prosesini pozmaq, həm də beynəlxalq aləmdə Ukraynanı nüfuzdan salmağa çalışır. Putin buna görə müxtəlif dovlət liderlərinə zəng edib. Halbuki, bu ilin sentyabrın 7-də Rusiya raketlə Ukraynanın hökuməti binasına zərbələr endirmişdi və ortada dağıntını əks etdirən dəlillər mövcud idi.

Bundan sonra nə olacaq? Birincisi, Rusiya Ukraynanın şəhərlərinə daha çox zərər vurmağa çalışacaq. İkincisi, Rusiya Vaşinqtonun hazırladığı və düzəlişlərə məruz qalan həll planını arxa plana atacaq. Putin hesab edir ki, Rusiya ordusu yaxın aylarda işğal zonasını genişləndirə biləcək və bu səbəbdən Ukrayna daha ağır şərtlərlə daxilində həll planını qəbul etmək məcburiyyətində qalacaq. Ancaq generalları Putinə yalan məlumat verirlər. Rusiya ordusu elan etdiyi şəhərləri işğal edə bilməyib və cəbhə bölgəsində ağır döyüşlər davam edir. Kreml artıq müqavilə əsasında müharibənin başlanğıcında olduğu kimi cəbhə bölgəsinə planlaşdırdığı qədər muzdlu göndərə bilmir. Buna baxmayaraq, Putin sülhə hazır deyil, ümumiyyətlə o özünü və ölkəsini elə bir tələyə salıb ki, Rusiyanı müharibə aparmadan təsəvvür edə bilmir. Rusiya siyasəti, iqtisadiyyatı və ordusu 4 ildir ki, müharibə şəraitində varlığını davam etdirir, bütün resurslar buna fokuslanıb, geri qayıdışın daha ağır çətinlikləri olacaq. Birinci Dünya müharibəsi də 4 il çəkdi və nəticədə Rusiya imperiyası çökdü…

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 2084
Today is the 15th
Umumi 1396718
en_USEN