Berlin narahatdır

Avropa Çin mallarına qarşı mübarizəsini davam etdirir. Avropa Komissiyası Çindən minik və yüngül yük maşınları və avtobuslar üçün təkərlərin idxalına antidempinq rüsumları tətbiq etdiyini bildirib. Komissiya bildirib ki, Çindən minik və yüngül yük maşınları üçün təkərlərin idxalı AB-yə dempinq qiymətləri ilə daxil olurdu. Bu, isə Avropa İttifaqı ölkələrində 80 mindən çox insanın çalışdığı sənayesinə zərər vurur.

Avropa iqtisadiyyatının lokomotivi sayılan Almaniya da mövcud durumdan narahatdır. “The World Street Journal” qəzetinin məlumatına görə, Almaniya Çini təhciz etdiyindən bu ölkədən daha çox yüksək texnologiyalı məhsul idxal etməyə başlayıb. Bazar payını itirən və işçi heyətini ixtisar etməyə məcbur olan Almaniya bunun günahı Çinin iqtisadi siyasətində görür. Çin Almaniya sənayesinə təzyiqi artırmaqda davam edir. Çin və Alman istehsalçıları arasındakı keyfiyyət fərqi azalıb, Çində oxşar məhsullar isə qiymətin yarısı qədərdir. Alman şirkətləri iş yerlərini ixtisar etməyə və istehsalın bir hissəsini Çinə köçürməyə məcburdurlar. Nəşrin yazdığına görə, Almaniya sənayesi ayda 10.000-dən çox iş yerini itirir. Bundan əlavə, ölkədə sənaye istehsalı 2022-ci ilin fevral ayı ilə 2026-cı ilin əvvəlləri arasında təxminən 10 faiz azalıb.

Məsələ burasındadır ki, Çinin “10.000 kiçik nəhəng” proqramı mövcuddur. Dövlət bu proqram vasitəsilə ixtisaslaşmış orta ölçülü şirkətləri ardıcıl olaraq inkişaf etdirib. Bunun nəticəsində Çinin Almaniyaya ixracı bu il əvvəlki ilə nisbətən 17 faiz artıb. Avropanın digər dövlət olan Niderland da mövcud vəziyyətdən narahatdır. Niderland  Hollandiya ABŞ-ın gördüyü tədbirlərə bənzər şəkildə Avropa Birliyi daxilində Pekinə qarşı iqtisadi təsir vasitələrinin yaradılmasını təklif edib.

Bu arada, Alamniya ilə Çin arasında siyasi müstəvidə də gərginlik yaşanıb. Qərb mətbuatında Çinin Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya hərbçilərinin bir hissəsi üçün təlimlər keçdiyi yazılıb. Berlin bu məsələyə aydınlıq gətirmək üçün Çinin Almaniyadakı səfirini Xarici İşlər Nazirliyinə dəvət edib. Berlin bu işbirliyinin Ukrayna ilə yanaşı Almankya üçün də təhdid olduğuna inanır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Çinə qarşı ittihamları absurd və yalan adlandırıb. O, bildirib ki, Moskva Qərb ölkələrinin və Avropa Birliyinin Rusiya ilə Çin arasındakı dostluq münasibətlərini pozmaq üçün bu cür informasiya təxribatlarından istifadə etmək cəhdlərini pisləyir. Buna baxmayaraq, Qərb ölkələrində belə bir inam var ki, Çin Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığını genişləndirib.

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 835
Bugun 835
Umumi 1526638
en_USEN