Pekin Vaşinqtonun nəbzini yoxlayır

“Bloomberg” agentliyinin məlumatına görə,  Pekin ABŞ Konqresinə noyabr ayında keçiriləcək ara seçkilərin nəticələrini gözləmədən keçmiş diplomatlarını – Çinin BMT-dəki keçmiş daimi nümayəndəsi Cui Tiankai və keçmiş daimi nümayəndənin müavini Geng Shuangı Vaşinqtona göndərib. Səfər iyun ayında reallaşıb. Səfərin məqsədi ticarət müharibəsində Vaşinqtondan nə gözləmək lazım olduğu barədə məlumat əldə etmək olub. Agentliyin mənbələrinə görə, Pekin noyabr ayındakı ara seçkilərin kövrək ticarət barışığına necə təsir edəcəyini qiymətləndirməyə çalışır. Çin nümayəndələri müxtəlif siyasi düşərgələri təmsil edən ikitərəfli münasibətlər üzrə amerikalı mütəxəssislərlə görüşüblər.

Çin üçün ABŞ-la ticarət əlaqələrinin normal axarda davam etməsi son dərəcə əhəmiyyətlidir. Buna görə, Pekin həm nümayəndələrini Vaşinqtona göndərir, həm də mövzuya bağlı amerikalı analitiklərin fikirlərini öyrənir. Əks istiqamətdə də paralel proses davam edir. Bir qrup amerikalı mütəxəssis Çinə səfərə dəvət edilib. Amerikalı ekspertlər Pekində nazirliklərin və beyin mərkəzlərinin hazırkı və keçmiş işçiləri ilə fikir mübadiləsi aparıblar. Çin 2026-cı ilin noyabr ayında ABŞ-da keçiriləcək ara seçkilərin və 2028-ci il prezident seçkilərinin nəticələrini indidən proqnozlaşdırmağa çalışır. Pekin gələcəyə baxır və ümid edir ki, Trampdan sonrakı dövr ikitərəfli ticarət əlaqələri üçün daha faydalı olacaq.

Bu arada, Avropa İttifaqının Çindən iqtisadi asılılığı azaltmaq üçün xüsusi maliyyə mexanizmi hazırladığına dair də xəbərlər yayılıb. Bu mexanizm Avropa şirkətlərinə mallarının təchizat zəncirlərini şaxələndirməyə kömək etmək üçün nəzərdə tutulub. Məqsəd Çin məhsulları ilə rəqabətdə yerli şirkətləri qorumaqdır. Təşəbbüsün məqsədlərindən  biri Avropanın Çinlə ticarət kəsirini azaltmaqdır ki, kəsir 360 milyard avronu keçib. Çin şirkətlərin rəqabətdə yerli şirkətlərin dəstəyi məqsədilə ayrılacaq vəsaitin dəqiq miqdarı hələ müəyyən edilməyib. Ancaq aydındır ki, bu məbləğ Çinlə ticarətdə mənfi təsirləri azaltmaq məqsədi daşıyır.

ABŞ və Avropa Çinlə ticarət münasibətlərini aydınlaşdırarkən, Böyük Britaniya Hindistanla ticarətdə yumşalmaya gedib. Hindistanla Böyük Britaniya arasında ticarət müqaviləsi bir neçə gün əvvəl qüvvəyə minib və bu müqavilə minlərlə malın tariflərini azaldılmasına şərait yaradıb. Hər iki ölkənin bazarlara çıxışı genişlənib. Böyük Britaniya Hindistanın avtomobil və spirtli içkilər bazarlarını tədricən açmasından faydalanacaq. Öz növbəsində Hindistanın baş naziri Narendra Modi Böyük Britaniya ilə ticarət müqaviləsinin iki ölkə arasında iqtisadi əlaqələri dərinləşdirəcəyi və Hindistanın fermerlərinə, sahibkarlarına və kiçik müəssisələrinə “yeni təkan” verəcəyi qənaətindədir. Hər iki tərəf yeni müqavilənin iki ölkə arasında ticarət əlaqələrinin yaxınlarda 100 milyard dolları aşacağını proqnozlaşdırır.

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 444
Bugun 444
Umumi 1544980
en_USEN