Sanksiya siyahısı genişlənib

ABŞ Çinə məxsus 15 şirkəti özünün “məhdudiyyətli ticarət siyahısı”na daxil edib. “Reuters“ agentliyi xəbər verib ki, buna səbəb Çin şirkətlərinin Amerikan elektronik komponentlərinin satın alınma prosesini asanlaşdırımasıdır. Belə ki, həmin komponentlər Husilər və HAMAS-ın dronlarında istifadə olunur. Sözügedən şirkətlər Çin, Türkiyə və BƏƏ-də yerləşir.

ABŞ bu ilin aprel ayında da Çin şirkətlərinə qarşı sanksiya tətbiq etmişdi. Çin, ABŞ-nin qarşılıqlı tarifələr çərçivəsində ölkədən idxal olunan məhsullara tətbiq etdiyi 34 faiz gömrük rüsumu artımına cavab olaraq, ABŞ şirkətlərinə qarşı ixrac qadağaları, məhdudiyyətlər və araşdırmaların yer aldığı sanksiyalar elan etmişdi. Çin Ticarət Nazirliyinin verdiyi məlumata görə, 27 ABŞ şirkəti ixrac nəzarəti və ya qadağa siyahılarına daxil edilib.

Bu şirkətlərdən 16-nın hərbi və mülki ikili istifadə üçün nəzərdə tutulan məhsullarının ixracına qadağa qoyulub, 11 şirkət isə ixrac qadağası tətbiq edilən “etibarsız qurumlar” siyahısına salınıb. Nazirlik, 16 ABŞ şirkətinin Çin’in milli təhlükəsizliyini və maraqlarını qorumaq, həmçinin silahların yayılmasının qarşısını almağa yönəlmiş beynəlxalq öhdəliklərə riayət etmək məqsədilə ixrac nəzarəti siyahısına salındığını bildirib. Müdafiə, aviasiya, dron istehsalı, kəşfiyyat və logistika sahələrində fəaliyyət göstərən bu şirkətlərin Çinə edəcəyi ixrac nəzarətə tabe olacaq. Nazirlik, 16 ABŞ şirkətinin Çin’in milli təhlükəsizliyini və maraqlarını qorumaq, həmçinin silahların yayılmasının qarşısını almağa yönəlmiş beynəlxalq öhdəliklərə riayət etmək məqsədilə ixrac nəzarəti siyahısına salındığını bildirib.

Müdafiə, aviasiya, dron istehsalı, kəşfiyyat və logistika sahələrində fəaliyyət göstərən bu şirkətlərin Çinə edəcəyi ixrac nəzarətə tabe olacaq. Skydio və BRINC Drones kimi pilotsuz uçuş aparatı istehsal edən 11 şirkətin isə Çinin suverenlik mübahisəsi yaşadığı Tayvanla texnoloji əməkdaşlıq etdiyi üçün “etibarsız qurumlar” siyahısına salındığı qeyd olunub.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 901
Bugun 1
Umumi 1385643
azAZ