AUKUS güclənir

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanezeyi qəbul edib. Görüşdə ABŞ-ın nüvə enerjisi ilə işləyən sualtı qayıqlar satılması mövzusu müzakirə olunub. ABŞ və Avstraliya arasında müdafiə sahəsində əməkdaşlıq genişlənib. Avstraliyanın baş nazirinin ABŞ-a səfəri zamanı təhlükəli hadisə də baş verib. Entoni Albanezeyə məxsus təyyarə göyərtəsində olan ekipaj üzvünün xəsarət alması səbəbilə ABŞ-da təcili eniş edib. Hadisə Albanezenin ABŞ prezidenti Donald Trampla ABŞ-dakı görüşdən qayıtdığı zaman baş verib. Baş nazir Entoni Albanezenin təyyarəsi ekipaj üzvünün tibbi yardıma ehtiyac duyması səbəbilə ABŞ-da təcili eniş edib. Vaşinqtondan Avstraliyaya uçan təyyarə Missuri ştatının Sent-Luis şəhərinə enib.

Avstraliyanın baş nazirinin Vaşinqtonda görüşləri sırasında iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı yolları ilə birgə AUKUS-un fəaliyyətini gücləndirilməsi mövzusu da müzakirə olunub. 2021-ci ildə Böyük Britaniya, ABŞ və Avstraliya arasında nüvə sualtı qayıqlarında istifadə olunan texnologiyanı özündə birləşdirən müdafiə müqaviləsi imzalanıb. Müqavilənin məqsədi Avstraliyada ən qısa müddətdə nüvə sualtı qayığına sahib olmaq idi. ABŞ-n keçmiş Prezidenti Co Bayden, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və Avstraliyanın keçmiş baş naziri Skott Morison yeni bir təhlükəsizlik əməkdaşlığı müqaviləsini dünya ictimaiyyətinə ortaq bir bəyanatla elan etmişdilər. Bayden, Conson və Morison birgə bəyanatlarında bildirmişdilər ki, “AUKUS çətiri altındakı bu ilk təşəbbüslə, Avstraliya Kral Donanmasının nüvə enerjisi ilə işləyən sualtı qayığı əldə etməsində Avstraliyanı dəstəkləməyə qərarlıyıq. Avstraliyanın bu qabiliyyəti Hind-Sakit okean bölgəsindəki sabitliyi dəstəkləyəcək və eyni zamanda ortaq dəyərlərimizə və maraqlarımıza uyğun olaraq yerləşdiriləcək”.

Çin ABŞ prezidenti Donald Trampın ölkəsi, Böyük Britaniya və Avstraliya arasında əməkdaşlığı nəzərdə tutan AUKUS ittifaqının “tam sürətlə irəliləyəcəyi” barədə bəyanatının nüvə silahının yayılması riskini daşıdığı barədə xəbərdarlıq edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırıb. Çinin ABŞ, Böyük Britaniya və Avstraliya arasında üçtərəfli müdafiə əməkdaşlığı ilə bağlı mövqeyini dəfələrlə ifadə etdiyini qeyd edən sözçüsü Quo, “Bloklararası qarşıdurmanı, nüvə silahının yayılması və silahlanma yarışını artıracaq hər hansı təşəbbüsə qarşıyıq” dedi. Buna baxmayaraq, ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS çərçivəsində hərbi əməkdaşlığı genişləndirmək siyasətinə üstünlük verirlər.

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 1627
Today is 5
Umumi 1387383
en_USEN