Putin Hindistana səfər edəcək

Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin Hindistana qarşıdan gələn səfəri iki ölkə liderlərinə münasibətlərdəki irəliləyişi nəzərdən keçirmək üçün fürsət yaradacağı bildirilir. Bəyanatda deyilir: “Baş nazir Narendra Modinin dəvəti ilə Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin 4-5 dekabr 2025-ci il tarixlərində 23-cü Hindistan-Rusiya İllik Zirvə Görüşü üçün Hindistana dövlət səfəri edəcək.”

Hindistan Xarici İşlər Nazirliyi vurğulayıb ki, “Qarşıdan gələn dövlət səfəri Hindistan və Rusiya rəhbərliyinə ikitərəfli münasibətlərdəki irəliləyişi nəzərdən keçirmək, “Xüsusi və İmtiyazlı Strateji Tərəfdaşlıq”ın gücləndirilməsi üçün vizyon müəyyən etmək və qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparmaq üçün fürsət yaradacaq.”

Nazirliyin məlumatına görə, səfər zamanı Putin Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparacaq. Hindistan Prezidenti Drupadi Murmu “həmçinin Prezident Putini qəbul edəcək və onun şərəfinə ziyafət verəcək”.

Kreml mətbuat xidməti daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin 4-5 dekabr tarixlərində Hindistana dövlət səfəri edəcəyini açıqlamışdı. Kremlin məlumatına görə, səfər “böyük əhəmiyyət kəsb edir, çünki bu, Rusiya-Hindistan arasında siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, eləcə də mədəni və humanitar sahələrdə xüsusi və imtiyazlı strateji tərəfdaşlığın geniş əhatə dairəsini müzakirə etmək, eləcə də mövcud beynəlxalq və regional məsələləri həll etmək üçün fürsət yaradır”.

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 1235
Today is 19
Umumi 1387134
en_USEN